Çinin avtomobil şirkətlərini Türkiyədən qaçıran səbəblər
Çinin ən böyük avtomobil istehsalçılarından olan "Great Wall" ölkədəki vəziyyəti diqqətlə öyrəndikdən sonra Türkiyəyə yönəltdikləri investisiyaları dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin "Ekonomim" qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşr iddia edir ki, bu qərara qeyri-sabit qaydalar və daim artan əmək xərcləri təsir edib. Eyni zamanda, investisiyalar haqqında düşünən digər istehsalçılar (Chery, Skywell, MG) hələ də danışıqları davam etdirirlər.
Çinlilər daha cəlbedici şərtlər və zəmanətlər gözləyir. Avtomobil istehsalçıları isə Fransa və Almaniyadan əlverişli təkliflər alıb.
Türk avtomobil istehsalçıları məhz Çin markalarına görə böyük çətinliklərlə qarşılaşıblar. Onlar rəqabəti durmadan uduzurlar və yeganə çıxış yolunu öz müəssisələrində Çin avtomobillərinin istehsalında görürlər. Lakin rəsmilərin danışıqların müsbət getməsi ilə bağlı açıqlamaları hələ ki, real nəticələrə çevrilməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR