Çinin bu addımı Britaniyada QALMAQAL YARADACAQ
Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimində Pekini Çinin vitse-prezidenti Han Çenq (Han Zheng) təmsil edərsə, bu, diplomatik qalmaqala səbəb ola bilər.
KONKRET.azxəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti Britaniya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb.
Nəşrin həmsöhbəti bildirib ki, Xarici İşlər Nazirliyi Han Çenqin Londona göndəriləcəyinə əmindir.
Qeyd olunub ki, rəsmi dəvət Çin Sədri Si Cinpinə ünvanlanıb, lakin protokolda nəzərdə tutulub ki, dəvət edilən liderin yerinə onun seçdiyi şəxs gələ bilər. Si Cinpinin namizədi son dərəcə problemli görünür. Çünki Han Çenqin son beş ildə Honkonqa qarşı siyasəti Britaniya-Çin münasibətlərinin pisləşməsinə səbəb olub.
"Bu adam beynəlxalq müqavilənin, Çin-Britaniya Birgə Bəyannaməsinin pozulmasına görə məsuliyyət daşıyır. O, demokratiyanı müdafiə edən fəalları təqib edib. Oynadığı rolu nəzərə alaraq, bu adamın burada olması hədsizdir", – Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının keçmiş rəhbəri İan Dunkan Smit qəzetə bildirib.
Mühafizəkar deputat Tim Lafton deyib ki, tacqoyma mərasimində Han Çenqin iştirakı Böyük Britaniya xalqına təhqir olacaq. Nazirlər Kabinetinin keçmiş üzvü Saymon Klark da onun mərasimdə iştirakına qarşı çıxıb.
Məlumata görə, Bukingem Sarayı mövzu ilə bağlı şərh verməkdən yayınıb.
Qeyd edək ki, III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra, mayın 6-da Londondakı Vestminster Abbeyində 2000 nəfərin iştirakı ilə keçiriləcək. ABŞ Prezidenti Co Bayden III Çarlzla telefon danışığında ölkəsini tacqoyma mərasimində həyat yoldaşı Cil Baydenin təmsil edəcəyini bildirib. Danimarka Kraliçası II Marqret əməliyyata görə mərasimdə iştirak etməyəcək.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi