Çinin keçmiş ədliyyə naziri EDAM EDİLƏCƏK
Çinin şimal-şərqində yerləşən Tszilin əyalətinin Çançun şəhər məhkəməsi sentyabrın 22-də keçmiş ədliyyə naziri, ictimai təhlükəsizlik üzrə sabiq nazir müavini Fu Çjenxua barəsində iki illik möhlət verilməklə barəsində ölüm hökmü çıxarıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə məlumat yayıb.
Bildirilib ki, Fu Çjenxua ümumilikdə 117 milyon yuan (16,5 milyon dollara yaxın) məbləğində rüşvət almaqda təqsirli bilinib. O, siyasi hüquqdan məhrum edilib, onun əmlakı dövlətin xeyrinə müsadirə olunacaq. İki illik möhlət bitəndən sonra apellyasiya şikayəti olmadan və şərti azadlığa buraxılmadan ömürlük həbslə əvəz edilə bilər.
Keçmiş nazir 2005-2021-ci illərdə müxtəlif dövlət və partiya vəzifələrində işləyib. Həmin dönəmdə səlahiyyətindən və tutduğu vəzifədən sui-istifadə edərək şəxsi maraqlarına görə biznesə himayədarlıq edib. O həmçinin kiçik qardaşı Fu Veyhuanın törətdiyi cinayətlərə dair mühüm dəlilləri gizlətməkdə təqsirli bilinib.
Fu Çjenxua təqsirini etiraf edərək əməllərindən peşman olduğunu vurğulayıb.//Report

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır