Çinli ekspert: Koronavirusa qarşı peyvənd...
Çinin respirator xəstəliklər üzrə tanınmış eksperti Con Nanşan yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin payızın əvvəlində ilkin istifadəsinin mümkün ola biləcəyini açıqlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çində COVID-19 virusunun törətdiyi xəstəliklə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri Con Nanşan bunu Çinin iri texnologiya şirkəti olan "Baidu"nun təşkil etdiyi onlayn tədbirdə çıxışı zamanı deyib. Yeni növ koronavirusa qarşı təbii immunitetin yaranması üçün ölkə əhalisinin təxminən 60-70 faizinin yoluxmasının gərəkdiyini, bunun da 30-40 milyon insanın ölümü ilə nəticələnə biləcəyinin ehtimal olunduğunu vurğulayan akademik bu səbəbdən yeganə çıxış yolunun əhalinin kütləvi peyvəndlənməsi olduğunu deyib.
Qeyd edək ki, hazırda Çində COVID-19 infeksiyasına qarşı bir neçə peyvəndin kliniki sınaqları aparılır. Çinin yeni növ koronavirusla mübarizəsinə aid hesabatında bildirilir ki, virus ortaya çıxandan bəri Çin hökuməti xəstəliyin müalicəsi üçün dərmanın, peyvəndin və analiz reagentlərinin hazırlanması üzrə tədqiqat işlərini təşviq edib. Çin mütəxəssisləri 5 növ peyvəndin - inaktivləşdirilmiş vaksin, rekombinant protein vaksin, qrip virusuna qarşı zəiflədilmiş vaksin, adenovirus vektoru əsaslı vaksin və nuklein turşu əsaslı vaksinin hazırlanması üzərində çalışırlar. İndiyədək 4 inaktivləşdirilmiş və bir adenovirus vektoru əsaslı peyvəndin kliniki sınaqlarına icazə verilib.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ