"Çirkinəm, başdan-ayağa estetik etmirmişəm, rahat olun" - Günel

"Çirkinəm, başdan-ayağa estetik etmirmişəm, rahat olun" - GünelMüğənni Günel Zeynalovanı ünvanına sosial şəbəkədə yeni görünüşü ilə bağlı yazılan tənqidlər özündən çıxarıb.
Open.az xəbər verir ki, sənətçi bunla bağlı açıqlama yayıb. Günel bildirib ki, artıq bütün paylaşımlarında şərh bölümünü bağlayacaq və insanların ona irad yazmasına imkan verməyəcək:
"Şəkil paylaşanda yazdığınız bütün şərhləri bağlayıram. Köhnə gözəllik, nə bilim nə. Adı üstündədir, köhnə. Şərhləriniz balqabaq dadı verir. Xoşum gəlmir bundan. Mən razıyam, alan razı, satan razı. Bəsdir, lazımi qədər yazdınız. İnsan nə və necə istəyirsə, o olur. əvvəl demişdim ki, arıqlamışam, maykl Ceksona oxşayıram. Yenə də eləyəm. Belə xoşbəxtəm.
Səsimlə bağlı şərh yazın. Dəyişikliyim kiminsə işinə qalmayıb. Hamı güzgüyə baxsın. Yazan hər kəsi şikayət edəcəm. Bədbəxtliyinizi soruşmuram. Hər kəs öz həyatına baxsın. Artıq bəsdirin. Səslə, mahnı ilə bağlı yazın. Gözəl mahnılar, musiqisiz, canlı oxuyuram. Allah mənə istedad, səs verib. Bunu sizlərə ən doğru şəkildə təqdim edirəm. Amma görürəm ki, sizin işiniz estetik əməliyyatdır. Bəli, estetikəm. Başqa? Sevən yanımda olsun, sevməyən izləməsin.
Saçını niyə rənglədin, sarı etdin, köhnə halın... Bəsdirin, köhnə yoxdur, yeni mən varam. Sizləri qınayıram. Üç ay evdə oturdular, insanların beyni düzəlmədi, ancaq pislik düşünürlər. Etməyin, yazmayın, gedin işinizlə məşğul olun.
Mahnımı puç edib, altına "nə gündəsən, nə etmisən, səni tanıya bilmədim" yazanları görmək istəmirəm. Şərhi bağlayacam. Tənqid edə bilməyəcəksiniz, imkan verməyəcəm. Biri yazıb göz əməliyyatı səni dəyişib. Cahilsən? O, necə olur? Əsəbi də deyiləm, sakitəm. Sadəcə, yoruldum. Bundan sonra belə, yazsanız, siləcəm. Çirkinləşmisən. Çirkinəm, kimə nə? Məni sevən belə sevir. Sevmirsənsə, sevmə. Hər kəs öz həyatına baxsın, görsün nə edib. Sizin işiniz-gücünüz yoxdur. Ona görə də yazırsınız. Özümə söz verdim heç kimin şərhini qəbul etməyəcəm. Qoymayacam orda bir şey yazasınız. Ümid edirəm ağıllanarsınız".
Günel türkiyəli ifaçı İbrahim Tatlısəslə əlaqələrinin olub-olmadığı ilə bağlı sualları da cavablandırıb:
"Amma mahnı oxumaqdan əl çəkməyəcəm. Niyə də oxumayım? Səsi olmayanlar at oynadır. Məni sevənlər 1998-ci ildən bəri sevirlər. Siz məni qarşılıqsız sevirsiniz. Əlbəttə, yaxşılığım üçün nələrsə yazırsınız. Dost acını deyər deyirlər. Amma dost acını şirin söylər. Çox aldadıldım, amma dəyişmədim.
İbrahim Tatlısəs mənim mənəvi atamdır. O gün mənə bir foto atıb ki, dəyişmisən. Zəng etdim ki, bax gör dəyişmişəm? Deyir, yox. Çörəyi dizində deyiləm, bizə verilən dəyəri unutmaram. Məni kəşf etdi, səsimə inandı və Türkiyəyə tanıtdı. Ona çox istəyirəm və danışırıq da".(axşam.az)

Şou Biznes       Tarix: 11 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən görüntülər cəbhədən şad xəbər xəbər.az