Çıxarışı olmayan mənzillərdə yaşayanların nəzərinə

Çıxarışı olmayan mənzillərdə yaşayanların nəzərinə2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə 373 min 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,8 faiz çoxdur. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 40 min 205-i fərdi yaşayış və bağ evi, 72 min 566-sı mənzil, 252 min 405-i torpaq sahəsi, 2 min 374-ü qeyri-yaşayış binası, 5 min 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Rəqəmlərdən də göründüyü kimi, ən az say yeni tikilən binaların payına düşür. Halbuki Bakı şəhərində hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır. Yenitikililərlə bağlı bu problem niyə həllini tapmır?
KONKRET.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Ən çox çıxarış 2019-cu ildə verilib
Tikinti məsələləri üzrə ekspert Elnur Azadov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, yenitikililər üçün ən çox çıxarış 2019-cu ildə verilib:
"2019-cu ilin əvvəlində ölkə başçısı binaların istismara qəbul olunması ilə bağlı fərman imzalayıb. Burada aktiv iki orqan – Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti iştirak edirdi. İnşası bitmiş bina Fövqəladə Hallar Nazirliyinin istismar qəbulundan keçəndən sonra mülkiyyət hüquqlarının əldə olunması ilə bağlı müvafiq əmlak xidmətinə müraciət edir. Bununla da, tez bir zamanda sakinlərə çıxarışlar verilir. Həmin ildə 470-ə yaxın bina qeydiyyata alınıb. Bir il ərzində onların 75-80 faizi həmin fərmana uyğun olaraq istismardan keçib. Eyni tendensiya növbəti illərdə də davam edib. Amma bu proses ən çox 2019-cu ildə oldu".
Təhlükəli olduğu bildirilsə də, sakinlər yaşayırlar
E.Azadov bildirib ki, əgər binaya çıxarış verilmirsə, bunun haqlı səbəbləri var:
"Hazırda ölkədə 1700 yaşayış binası var ki, onlardan cəmi 400-ə yaxını istismardan keçməyib. Bunun da müxtəlif səbəbləri var. Ya həmin binalar 2000-ci illərin əvvəllərindən bu günə kimi problemlərlə üzləşib, ya vergi borcları ödənilməyib, ya da binanın layihə sənədlərində çatışmayan hissələr var, tikinti işləri düzgün aparılmayıb, müxtəlif qüsurlar üzə çıxıb. Yaxud binanı tikən şirkətin hüquqi və digər maliyyə problemi olub ki, onların dövlət tərəfindən istismara qəbul olunması riskli hesab olunur və qəbul aktını əldə edə bilmir. Qanunun tələbinə görə bu cür binalarda yaşamaq təhlükəli sayılır. Lakin sakinlər yaşayırlar".
Problemin həlli yolu yalnız məhkəmədir
Ekspertin fikrincə, bu problemin həlli yolu yalnız məhkəmədir:
"Müəyyənləşdirilməlidir ki, burada olan qüsurların aradan qaldırılması mümkündür, yoxsa yox. Əgər həmin binalarda layihədən kənaraçıxma varsa, bunlar köklü şəkildə araşdırılmalı, komissiyalar təşkil olunmalı, nöqsanlar dövlət, yerli icra, bələdiyyə, idarəetmə strukturları hesabına aradan qaldırılmalıdır. Risk daşımırsa, məhkəmə yolu və digər qurum, komissiyaların ümumi rəyləri ilə binaların istismara qəbul olunması mümkündür. Amma həmin binalarda risklər varsa, aradan qaldırılması mümkün deyilsə, o binaların saxlanılması və yaşanması təhlükəli sayılırsa, dövlət tərəfindən riskli sayılıb sökülməlidir. Sonra yerində hansısa yeni bina tikə bilərlər. Amma bu, dövlət proqramına daxil olunmalıdır. Burada risk ən çox vətəndaşlar üçündür. Ona görə də dövlət birinci növbədə yaşayış olan təhlükəli binalarda problemi aradan qaldırmağa çalışmalıdır".
MTK-ların fəaliyyəti nəzarət altına alınmalıdır
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu sahədə sərt nəzarət mexanizmi tətbiq olunmalıdır:
"Sənəd probleminin həllini tapması üçün həmin binaları təkrar yoxlamadan keçirmək və müvafiq qərarlar vermək lazımdır. İlk növbədə Mənzil Tikinti Kooperativlərinin fəaliyyəti ciddi şəkildə nəzarət altına alınmalıdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintinin gedişinə, normativlərə uyğun aparılmasına, lazım olan qaydalara əməl edilməsinə ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Bir çox hallarda yenitikililər elə bir vəziyyətdə inşa olunur ki, sonra çıxarış almaq üçün təhvil-təslim prosesini həll edə bilmirlər. Normativlərə uyğun olmadığına görə, həmin binaları təhvil almaq mümkün olmur. Bu halda da vətəndaşlara çıxarışlar verilmir. Son illərdə atılan addımlar çıxarış alınmasını və hətta çıxarışsız evlərə sənədlərin verilməsi prosesini çox asanlaşdırıb. Hazırda bundan istifadə edə bilməyənlər qanunsuz tikililərdir, hansı ki, yüksək elektrik gərginliyi olan ərazilərdə tikilib, yaxud da tikinti aparılarkən tikinti qaydalarına və normativlərə əməl olunmayıb. Digər bütün hallarda sənədləşmə prosesi qanuni və asan şəkildə həyata keçirilir".
Çıxarışsız mənzillərdə yaşayanlarla bağlı qərar olmalıdır
V.Oruc qeyd etdi ki, yararsız binalarda yaşayan sakinlərlə bağlı müvafiq tədbirlər görülməlidir:
"Hazırda sənəd, çıxarış əldə edə bilməyən yenitikililərin sayı o qədər də çox deyil. Onlarda olan problemlər ciddi şəkildə araşdırılmalı, tikinti normativlərinə əməl olunmayıbsa, bu barədə müvafiq ölçülər götürülməlidir. Ya həmin binada mənzil alan şəxslər şirkətlərin hesabına digər yenitikililərə köçürülməli və yararsız binalarda müvafiq dəyişikliklər aparılmalıdır, ya da müəyyən kompensasiya ödənilməlidir".

Sosial       Tarix: 07 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun sonxabar xeber.az bu gun cəbhədən ən son xəbərlər