ÇL-də sonuncu turun ən yaxşısı o seçildi

ÇL-də sonuncu turun ən yaxşısı o seçildiUEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – 8-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
KONKRET.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, Portuqaliyanın "Benfika" klubunun norveçli vingeri Andreas Şelderup həftənin futbolçusu seçilib.
21 yaşlı istedadlı oyunçu bu ada "Benfika"nın öz meydanında İspaniya nəhəngi "Real Madrid"i 4:2 hesabı ilə məğlub etdiyi tarixi matçdakı möhtəşəm çıxışı ilə layiq görülüb. Şelderup sözügedən qarşılaşmada dubl edərək komandasının qələbəsində və pley-off mərhələsinə vəsiqə qazanmasında həlledici rol oynayıb. Məhz bu məğlubiyyət "Kral klubu"nun Liqa mərhələsini ilk səkkizlikdən kənarda bitirməsinə səbəb olan əsas amillərdən biri olub.
Norveçli futbolçu sorğuda kifayət qədər ciddi rəqibləri qabaqlamağı bacarıb. O, təmsilçimiz "Qarabağ"la matçda (6:0) dubl edən Aleksis Makallisteri ("Liverpul"), "Vilyarreal"a qarşı oyunda (3:0) iki qol vuran Malik Tillmanı ("Bayer Leverkuzen") və "Napoli" ilə gərgin qarşılaşmada (3:2) iki dəfə fərqlənən Joao Pedronu ("Çelsi") səsvermədə geridə qoyub.
Xatırladaq ki, Andreas Şelderup bu mövsüm göstərdiyi oyunla artıq Avropanın bir neçə nəhəng klubunun transfer radarında yer alır. Onun bu performansı "Benfika"nın turnirin növbəti mərhələsindəki şanslarını daha da artırıb.**qafqazinfo

İdman       Tarix: 30 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari