COP29 Azərbaycana etibar edilmiş ən məsuliyyətli tədbirlərdən biri idi

COP29 Azərbaycana etibar edilmiş ən məsuliyyətli tədbirlərdən biri idiAzərbaycan bir çox qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib ki, onlardan biri də COP29-dur. COP29 kimi bir layihənin ev sahibliyinin Azərbaycana etibar edilməsi rəsmi Bakıya dünya səviyyəsində göstərilən etimadın göstəricisidir. 1 ildən az müddətdə COP kimi qlobal layihəyə bütün hazırlıqların görülməsi və 80 dövlət və hökumət başçısının, 76 mindən çox tədbir iştirakçısının ölkəmizdə ağırlanması, onların BAKI COP-nun təşkili ilə bağlı müsbət rəylərinin alınması özlüyündə böyük bir uğurdur. "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan yalnız inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin deyil, eyni zamanda kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin də marağını ön plana çəkərək, onlara iqlim dəyişilməsi ilə mübarizədə yardımın vacib olduğunu vurğulayıb. Bu da Azərbaycanın qütbləşən dünyada insan faktorunu əsas tutduğunu, dolayısı ilə humanizm prinsiplərinə sadiq qaldığını göstərir. Bu göstəricinin bir nümunəsi də Azərbaycanın COP29-da müstəmləkə  idarəçiliyində olub ekoloji problemlərdən daha çox əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirməsidir. 
COP29-da qazanılan uğurlardan bir çoxlarının öncədən ehtimal belə vermədiyi naliyyətlərdir. Bunlardan biri karbon bazarlarına dair 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsidirsə, digəri Bakının COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlimlə mübarizədə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv  Kəmiyyət Məqsədinin (NCQG) vasitəçisi olmasıdır.
Bakı Maliyyə Məqsədi 2035-ci ilə kimi  inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon ABŞ dolları  həcmində  iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəflər müəyyən edir. Əgər əvvəl inkişaf etməkdə olan ölkələrə maliyyə dəsdəyi 100 milyard həcmində nəzərdə tutulurdusa, Azərbaycan öz siyasi əlaqələri və yüksək diplomatiyası sayəsindən bu göstəricinin üç dəfə artırılmasına, yəni 300 milyard ABŞ dollarına çatdırılmasına nail oldu. 
COP29-un növbəti nailiyyəti  BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən müzakirələrə də son qoymasıdır. Belə ki, müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. 
COP29 ilkin qlobal müzakirələrin nəticələrini müsbət istiqamətdə daha da böyüdərək Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına nail oldu. Azərbaycan qlobal iqlim maliyyəsinin  öncəkindən üç dəfə daha çox artırılması üçün donor ölkələri mümkün qədər təşviq edib ki, bu da rəsmi Bakının siyasi iradəsinin göstəricisidir. Bununla Azərbaycan qlobal maliyyə strukturunu həmişəlik dəyişdirib.  
Danışıqlar aparmış prioritetlərin balanslaşdırılmış paketinin təqdim edilməsi ilə birgə, COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha geniş qrup maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb. Bu təşəbbüslər bütün maraqlı tərəflərlərin birgə məsləhəti əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Rəsmi Bakı maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək məqsədi ilə BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını və iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirib. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan edib. 
Azərbaycan 150 tərəfin təsdiq etdiyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim edib. Bundan başqa 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü karbon emissiyalarını azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiq edib. Eləcədə 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilib. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edilib və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradılıb. Həmçinin iqlim gündəliyinə sağlamlıq məsələləri də daxil edilib və COP konfranslarında sağlamlıq məsələləri də əsas element kimi qeyd edilib. 
COP29-da həmçinin üzvi tullantılarda Metan qazının azaldılamasına dair bəyanat da təsdiqlənib. Belə ki, metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8-i sektorial hədəflər daxil edərək bu bəyanatı təsdiqləyib. 
Dəyişən iqlimlə mübarizə həmçinin fermerlərin də inkişafını təmin etmək məqsədi daşıyır, onların maliyyə çıxışına əlçatanlığını hədəfləyir. İqlim dəyişilməsi ilə əlaqədar su hövzələrinin çirklənməsi və su ilə bağlı ekosistemlərə mənfi təsirlərin olunmasına qarşı "İqlim fəaliyyəti naminə COP29 Bəyannaməsi" 50 ölkə tərəfindən dəsdəklənib. Bütün sadalananlar  onu göstərir ki, iki həftə ərzində böyük irəliləyişlərə nail olunub. 
Bu konfransda həmçinin Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradılıb. 
İqlim dəyişilmələri ilə bağlı mübarizədə konkret maliyyə dəstəyi göstərəcəyini ifadə edən dövlətlər də olub. Böyük Britaniya hökuməti, meşəçilik və meşə karbon bazarlarının inkişafına dəstək, dayanıqlı meşə müəssisələri üçün qarışıq maliyyə və UNFCCC-nin ölkələrə meşələri qorumağa kömək etməsi üçün 299 milyon ABŞ dolları vəd edib. 
Azərbaycanın uğurlu nailiyyətini görüb ona laqeyd qalmayan ölkələr də olub. Belə ki, ABŞ prezidenti Cozef Bayden Azərbaycanın COP29 Sədrliyindəki uğurlu nailiyyəti münasibəti ilə  təbrik məktubu göndərib. 
Sonda onu qeyd edək ki, COP29 forumu Azərbaycana etimad edilmiş ən məsuliyyətli tədbirlərdən biri idi. Çünki burada məzmunu maliyyə yardımı olan fərqli maraqların ortaq müstəviyə və fikrə gətirilməsi konteksti müzakirə olunurdu və Azərbaycanın missiyası bu fərqli fikirləri ortaq nöqtəyə gətirmək idi. COP29 Sədrliyi bundan daha artığına nail oldu.
Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru / azxeber.com

Sosial     Baxılıb: 212   Tarix: 26 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmala

"Şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə giriş neqativ halların qarşısını alacaq" - EKSPERT DANIŞDI

"Artıq bəzi ölkələrdə sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə konkret olaraq qardaş Türkiyədə müəyyən addımlar atılıb və ilin sonuna qədər sosial şəbəkələr

Xırdalan məktəbinin müəllimi dünyasını dəyişdi

Xırdalan şəhər 9 saylı məktəbin ibtidai sinif müəllimi Ülkər Məmmədova dünyasını dəyişib. . Unikal-a istinadən xəbər verir ki, bu barədə onun həmkarları məlumat paylaşıb. . Qeyd edilib ki, Ü.Məmmədova uzun sürən xəstəlikdə

Bazarda rekord AZALMA - Neft sürətlə ucuzlaşır

Qlobal enerji bazarlarında neft ucuzlaşıb. xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 1,26 ABŞ dolları (1,33%) azalaraq 93,43 dollar/barel təşkil edib. Londonun ICE birjasında Bren

Laçın' sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür

"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.  xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə

Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Gəncədə bıçaqlanma hadisəsi baş verib.  Teleqraf-a xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıça

Günün ulduz falı — İşlər qaydasına düşür, uğur qazanacaqsınız

24 aprel 2026-cı il astroloji baxımdan diqqətçəkən dəyişikliklərlə zəngin gündür. Günün əsas hadisəsi Veneranın Əkizlər bürcünə keçməsidir. Bu tranzit 18 maya qədər davam edəcək və münasibətlər, ünsiyyət, sosial əlaqələ

AAYDA-da da maliyyə nöqsanları aşkarlandı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var. Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilib. Sənədə əsasən, audit zamanı avtomobi

İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? – Səbəbi bəlli oldu

Sosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğində işıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borc yazılıb. Paylaşımda qeyd olunu


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər zelzele cəbhədən son məlumat kriminal xeberler