COP29-la bağlı xaricə ezam olunan məsul şəxslərin ezamiyyə xərcləri artırılıb
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı xaricə ezam olunan məsul şəxslərin ezamiyyə xərcləri artırılıb.
azxeber.com xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı "Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərarla Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – "Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası"nda "Qeydlər"in 2-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa 2 şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir".

Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
DÇ-2026: Niderland- Yaponiya 2:2
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi