COVID-19-dan sonra ömürlük qalan xəstəliklər açıqlandı
COVID-19-dan sonra ömürlük qalan xəstəliklər açıqlandı
COVID-19 infeksiyası orqanizmdə sonradan heç bir müalicəyə tabe olmayan və ömürlük qalan patologiyaların yaranmasına səbəb ola bilər.
Bu barədə rusiyalı tanınmış həkim-infeksionist Yelena Meskina xəbərdarlıq edib.
Onun sözlərinə görə, son laboratoriya tədqiqatları ilə koronavirusa yoluxub sağalmış pasiyentlərin 15 faizində birinci və ikinci tip şəkərli diabetin yarandığı aşkar edilib. Onların iki faizində diabet koronavirus səbəbindən irəliləyib.
"Yəni onların orqanizmində törədici artıq var idi, sadəcə COVID-19 onun üzə çıxmasına təkan verib. Pasiyentlərin digər 13 faizində isə koronavirusun birbaşa və mənfi nəticəsi olaraq diabet yaranıb, necə deyərlər, debüt edib", - deyə həkim izah edib.
İnfeksionistin sözlərinə görə, koronavirusdan sağalanların arasında kütləvi müşahidə olunan daha bir xəstəlik isə ağciyərlərin fibrozudur. Meskina deyir ki, bəzi pasiyentlərdə tireoidit (qalxanabənzər vəzin iltihabı) də yarana bilər, o isə çox asanlıqla xroniki xəstəliyə çevrilə bilir.
COVID-19-dan sonra yaranan patologiyalar arasında ürək əzələlərinin iltihabı, infarkt və insultlar da yer alır.
"Təəssüf ki, koronavirus ürəyə də ziyan vurur, infarktın inkişafına, ürək əzələsinin iltihabına (miokarditə) səbəb olur. Kardioskleroz da yarana bilər, bu zaman xəstənin miokarddakı normal əzələ toxumaları qeyri-elastik olur, bərkiyir", - deyə infeksionist bildirib.
Meskina əlavə edib ki, göstərilən patologiyalar postkovid sindromu güclənərkən yarana bilər, ona görə də əgər sağlamlıqdan şikayət olmasa belə, həkim müayinəsindən keçməkdə fayda var.
Mənbə: RİA Novosti /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız