Cümşüd Nuriyev məhkəməyə verildi
Vaxtilə bir sıra yüksək vəzifələrdə çalışmış Cümşüd Nuriyev məhkəməyə verilib.
KONKRET.az xəbər verir ki, bunu açıqlamasında vəkil Elvin Əliyev deyib.
Onun sözlərinə görə, politoloq Cümşüd Nuriyev son günlər bəzi onlayn media səhifələrində əhalidə çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə qərəzli, təxribat xarakterli çıxışlar edir:
"Bütövlükdə bir bölgənin icra hakimiyyəti başçılarını və məmurlarını, o cümlədən Şamaxı rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərini digər ölkələrə xidmət etməkdə və bir sıra ağır cinayətlərdə ittiham edir.
Cümşüd Nuriyevin və bəzi internet səhifələrinin yaydığı əsassız, heç bir fakta söykənməyən və böhtan xarakterli dezinformasiyalar cəmiyyətin hakimiyyət nümayəndələrinə qarşı olan inamını azaltmağa bir cəhddir.
Qeyd etməliyik ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə hər kəsin fikir və ifadə azadlığı qanunla qorunur. Ancaq fikir və söz azadlığından sui-istifadə edərək insanların təhqir edilməsi, onlara böhtan atılması yolverilməzdir və bu cür hallara görə hüquqi məsuliyyət qaçılmazdır.
Bütün bunlar nəzərə alınaraq Nuriyev Cümşüd Qurban oğlunun bu əməlləri ilə bağlı Şamaxı rayon icra hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət olunub".
Qeyd edək ki, Cümşüd Nuriyev bir neçə gün əvvəl mətbuata açıqlamasında Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovu və şöbə müdiri Mərdan Nəhmətovu yeyintidə, rüşvətlə vəzifəyə təyin etməkdə ittiham etmişdi.
Xatırladaq edək ki, C.Nuriyev 1990-cı illərin əvvəllərində Gömrük Komitəsi sədrinin birinci müavini, Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri, eləcə də Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifələrində çalışıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir