Dadaşova Xoşqədəmə söz atdı: "Psixologiyanı bilməyən ictimai veriliş aparmasın"
Xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində müəmmalı şəkildə yoxa çıxan, ötən həftə yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündə Xoşqədəm Hidayətqızını ittiham edib.
Open.az xəbər verir ki, Xalq artisti bu barədə "Instagram"da status yazıb. O, ad çəkməsə də, sözlərin "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlandığı iddia olunur:
"Əziz dostlar gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda... Zaur Baxşəliyevə və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa, yaramıza məlhəm sürtdünüz".
Xatırladaq ki, bu, iki məşhur arasında ilk qalmaqal deyil. Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bir neçə il əvvəl müğənni Brilliant Dadaşovanın "TMB" kanalında yayımlanan verilişini bəyənmədiyini bildirmişdi. O, "TMB"də Dadaşovanın verilişinə baxıram. Bu ne yaaa…Dadaşovanın səsində problem var sanki. Türk müsafir sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi", - deyə qeyd etmişdi. /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq