Dağılan ordu və qarşılıqlı ittihamlar - Ermənistanda vəziyyət

Dağılan ordu və qarşılıqlı ittihamlar - Ermənistanda vəziyyətNikol Paşinyanın 44 günlük müharibəylə bağlı istintaq komissiyasına verdiyi ifadələr Ermənistanda bir mənalı qarşılanmayıb. Baş nazirin səsləndirdiyi ittihamlardan sonra Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan Paşinyanın onun əlehinə söylədiyi fikirlərə münasibət bildirib.
Ermənistanın Təhlükəsizlik Şurasının isə Qasparyana cavabı gecikməyib.
"Onik Qasparyan 28 iyun 2023-cü il tarixli bəyanatında 2020-ci il avqustun 14-də keçirilən iclasda verdiyi hesabatı təhrif edib. Həmin gün keçirilən iclasda Qasparyan xüsusi olaraq bildirmişdi ki, biz Şərq və Şimal-Şərq əməliyyat istiqamətlərində "geri addım atmamaq" prinsipi ilə mövcud qüvvə və vasitələrlə düşməni darmadağın etməyə qadirik.
O, müəyyən istiqamətlərdə qüvvələr balansı barədə məlumat verib, mövcud problemlərin olduğunu bildirib. Həmin gün keçirilən iclasda Təhlükəsizlik Şurası Onik Qasparyanın irəli sürdüyü problemlərin həlli ilə bağlı bütün təklifləri təsdiqləyib. Daha sonra, 44 günlük müharibə zamanı Naxçıvan və Türkiyə istiqamətlərində Onik Qasparyanın qeyd etdiyi hərbi problemlərə rast gəlinməyib. Buna baxmayaraq, Qasparyanın rəhbərliyi ilə silahlı qüvvələr üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyib ", – deyə Ermənistanın Təhlükəsizlik Şurasının bəyənatında bildirilir.
44 günlük müharibə dövründə "düşmənin hücumunu mövcud qüvvə və vasitələrlə geri addım atmamaq" prinsipi ilə dəf etmək öhdəliyini üzərinə götürən Ermənistan silahlı qüvvələri nəinki geri çəkilib həttda məhv edilib.
Paşinyan İstintaq komissiyasında müharibə zamanı baş qərargahın ona yalan məlumat verdiyi barədə ittihamlar səsləndirib. Baş nazirin sözlərinə görə Azərbaycan ordusu Şuşaya yaxınlaşan vaxt Araik Artunyan təhlükə barədə ona məlumat versə də, baş qərargah vəziyyətin nəzarət altında olması barədə məlumat çatdırıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun