Daha bir İDDİA: COVID-19 Çinin laboratoriyasında yaradılıb
Çin yeni növ koronavirusu Vuhandakı laboratoriyaların birində yaradıb və izlərini gizlətməyə çalışır...
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya və Norveç alimlərinin apardığı elmi araşdırma virusun süni yaradıldığı barədə mübahisələri yenidən gündəmə gətirib.
"British Daily Mail" qəzeti İngiltərə professoru Anqus Dalqleş (Angus Dalgleish) və Norveç alimi Bilqer Sorensenin (Birger Sorensen) bu mövzuda elmi məqalələrini dərc edib. Məqalədə koronavirusun Vuhandakı laboratoriyadan sızdığı, izlərinin "tərsinə mühəndislik" edilərək gizlədildiyi, çinli alimlərin onun yarasalardan təbii yollarla keçdiyi məlumatını yaydığı iddia edilir.
Yazıda Çin laboratoriyaları məlumatın "qəsdən yox edilmə, örtbas olunma və ya pozulma"da və çinli alimlərin susdurulmasında təqsirləndirilir.
Dalqleş və Sorensin 2020-ci ildə peyvənd təkmilləşdirərkən virusda "xüsusi izlər"ə rast gəldiklərini deyiblər.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Çin COVID-19-un mənşəyi ilə bağlı martın sonunda açıqladıqları hesabatda virusun yarasalardan insanlara başqa bir heyvan yoluyla bulaşdığı, onun laboratoriyada hazırlanma ehtimalının "ən aşağı" olduğu göstərilib.
Hüseyn

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək