Daha bir ölkə avroya KEÇİR
Macarıstan 2024-cü ilin sonuna kimi Avrozonaya daxil olmağa hazır olacaq.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu proqnozu Macarıstan Maliyyə Şurasının sədri Arpad Kovaç bildirib.
"Macarıstan 2024-cü ilin sonuna kimi Maastrixt kriteriyalarına cavab verə biləcək", – o deyib.
Məlumata görə, belə meyarlar 1992-ci il tarixli Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilir və ölkənin Avrozonaya daxil olması üçün zəruri olan maliyyə və iqtisadi göstəricilərinə aiddir. Onlar maliyyə sisteminin sabitliyini qiymətləndirirlər.
Kovaçın sözlərinə görə, 2024-cü ilin yayına qədər Macarıstanda istehlak qiymətlərinin artımı 3%-ə, dövlət borcu isə ÜDM-in 70%-dən aşağı düşəcək.
Qeyd edək ki, Macarıstan 2004-cü ildə Aİ-yə üzv olduqdan sonra Avrozonaya daxil olmaq məsələsi onun qarşısındadır. Hökumət dəfələrlə bəyan edib ki, ölkə bunu edə bilməz, çünki iqtisadi rəqabətə tab gətirməyəcək.
Xatırladaq ki, Aİ daxilində fəaliyyət göstərən valyuta ittifaqı rəsmi valyutası avro olan 20 ölkəni birləşdirir. Macarıstandan başqa, Bolqarıstan, Danimarka, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç hələ də Aİ üzvləri arasında vahid valyutadan istifadə etmir.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu