Daha bir partiya bağlandı
Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun rəhbərlik etdiyi Milli Vəhdət Partiyası (MVP) fəaliyyətini dayandırıb.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, partiya yaydığı bəyanatda ölkənin qanunvericiliyinə uyğun siyasi müstəvidə ideoloji hədəflərinə nail olduğunu bildirir və siyasi partiya olaraq öz fəaliyyətinə son qoyduğunu bəyan edir.
Partiya 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Növbəti il partiyanın sədri Yunus Oğuzun prezident seçkilərində namizədliyi irəli sürülüb, lakin sonradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyinin geri götürməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, mart ayında Azərbaycanda 5 siyasi partiya fəaliyyətini dayandırıb. Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib.

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir