Daha bir partiya fəaliyyətini dayandırdı - BƏYANAT

Daha bir partiya fəaliyyətini dayandırdı - BƏYANATAzərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. Belə ki, bu, Elvin Mahmudzadənin sədrlik etdiyi, 1994-cü ildən fəaliyyət göstərən Vətənpərvərlər Partiyasıdır.
KONKRET.az xəbər verir ki, partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.
Partiyanın bununla bağlı bəyanatının mətnini olduğu kimi təqdim edirik:
"Azərbaycan Vətənpərvərlər Partiyası tarixi torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı, günahsız soydaşlarımızın öz yurdlarından didərgin salınması və vəhşicəsinə qətlə yetirilməsinə cəmiyyətimizin diqqətini daha çox cəlb etmək, vətənpərvər oğul və qızlarımızı haqq mübarizəsinə təşviq etmək niyyətilə 1994-cü ildə yaradılmışdır. 12.10.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan Partiya Talıbov Həsən Hamlet oğlunun sədrliyi ilə 2007-ci ilə qədər uğurla fəaliyyət göstərmişdir.
Partiyanın təsisçisi və sədri Həsən Talıbov vəfat etdikdən sonra sosial bazası zəifləyən Partiya ölkənin ictimai həyatında aktiv şəkildə təmsil oluna bilməmişdir. Buna baxmayaraq Partiyanın üzvləri və rəhbər şəxsləri davamlı şəkildə dövlətimizin inkişafına, cəmiyyətimizin rifahına töhfə verməyə çalışmış və bunun üçün əllərindən gələni əsirgəməmişlər. Vətən müharibəsində əldə olunmuş Zəfər hər bir azərbaycanlı kimi bizi də hədsiz sevindirmiş və "dəmir yumruq" ətrafında birləşdirmişdir.
Bu gün Azərbaycan Vətənpərvərlər Partiyası günün tələbləri ilə uyğunlaşmaqda çətinliklə üzləşmişdir. Bu səbəbdən Partiyamızın üzvləri Azərbaycan Vətənpərvərlər Partiyasının təşkilat kimi fəaliyyətini dayandırmasına qərar vermişdir. Biz bu qərarı ictimaiyyətə təqdim etməklə Azərbaycan Vətənpərvərlər Partiyasının rəsmi şəkildə buraxıldığını bəyan edir və üzvlərimizə saf əqidələrinə uyğun dövlətə və dövlətçiliyə xidmət etmələrini arzulayırıq."//Azpolitika
Daha bir partiya fəaliyyətini dayandırdı - BƏYANAT

Siyasi       Tarix: 12 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər en son xəbərlər bugün en sonxeber siyaseti xeberler bugun