Daşınmaz əmlaka texniki pasport verilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirildi

Daşınmaz əmlaka texniki pasport verilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirildiİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə bəzən texniki pasport və ya plan-ölçü sənədinin verilməsindən imtina edilərək yalnız çıxarış (kupça) verilməsi ilə bağlı cəmiyyətdə yaranan narazılıqlara aydınlıq gətirib.
KONKRET.azxəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib ki, ərizəçilər qanunda nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etmədikdə hüquqların qeydiyyatından imtina olunur.
Qeyd edilib ki, bu kimi hallarda ərizəçilər məhkəməyə müraciət edirlər:
"Bəzən iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qət edilir. Qeyd olunmalıdır ki, çıxarışdan fərqli olaraq texniki pasport, eləcə də torpaq sahəsinin planı və ölçüsü texniki xarakterli sənəddir və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirir. Çıxarış və texniki sənədlər ayrı-ayrı sənədlər olduğu üçün onların hər birinə münasibətdə ayrıca dövlət rüsumu və xidmət haqqı tutulur.
Məhkəmə qərarında texniki sənədin verilməsi ilə bağlı ayrıca vəzifə nəzərdə tutulmadığı halda qeydiyyat orqanının öz təşəbbüsü əsasında müvafiq texniki sənədi tərtib etməsi düzgün hesab oluna bilməz. Belə ki, qeydiyyat orqanı yalnız məhkəmə qərarında nəzərdə tutulmuş sənədi – daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı tərtib edib hüquq sahibinə təqdim etmək vəzifəsini daşıyır".
Qeyd edilib ki, problemin yaranma səbəblərindən biri də məhkəmələr tərəfindən işə baxılarkən bəzi hallarda daşınmaz əmlak obyekti ilə bağlı bütün əhəmiyyət kəsb edən halların (məsələn, torpaq sahəsinin məkan göstəricilərində mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya uyğunsuzluqları, digər şəxsə məxsus daşınmaz əmlakla üst-üstə düşüb-düşməməsi, daşınmaz əmlakın faktiki mövcud olub-olmaması, sənəd üzrə ölçülərlə faktiki ölçülərin eyni olub-olmaması) tam müəyyən edilmədən həmin daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə qərarların verilməsidir:
"Sadalanan problemlər mövcud olduğu halda məhkəmə həmin məsələlərə münasibət bildirmədiyindən məhkəmə qərarlarının real icrası mümkün olmur, nəticədə vətəndaşlar da faktiki olaraq hər hansı əmlak əldə etmirlər. Məhkəmə qərarı icra olunaraq çıxarış verilsə də yuxarıda qeyd edilən səbəblərdən texniki sənədin verilməsi mümkün olmur".
Beləliklə, çıxarış ilə bərabər texniki pasportun əldə edilməsi üçün torpaq sahəsinin məkan göstəricilərində mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya uyğunsuzluqları, digər şəxsə məxsus daşınmaz əmlakla üst-üstə düşüb-düşməməsi, daşınmaz əmlakın faktiki mövcud olub-olmaması, sənəd üzrə ölçülərlə faktiki ölçülərin eyni olub-olmaması ilə bağlı sənədlərin təqdim edilməsi tələb olunur.
Xatırladaq ki, bir müddət öncə kütləvi informasiya vasitələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, yəni çıxarış ("kupça") verilməsi ilə bağlı problemlərin yaşandığı barədə məlumatlar yayılıb. Qeyd edilib ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə müvafiq qurum əksər hallarda yalnız "kupça" verməklə kifayətlənir. Bir müddətdən sonra isə həmin şəxslər daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən quruma müraciət etməli olurlar. Müəyyən hallarda çıxarış verilmiş şəxslərə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması) həmin sənədlərin verilməsində imtina olunur. Bu da çoxsaylı məhkəmə çəkişməsi yaradır və şəxsin əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır.

Sosial       Tarix: 16 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler son xeber maşın realiti şou en son xeberleri