Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var
Daşkəsəndə qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən azxeber.com-a verilən məlumata görə, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) (Sadıqov Nadir Telman oğlu) 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.
Məlumatda bildirilib ki, pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
06.21
Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.
Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat