Daşqınlar 100-dən çox insanın həyatına SON QOYDU - FOTOLAR
Hindistanın şimalında yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam həlak olub.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimal-şərq bölgələrində leysan yağışları iyulun 8-də başlayıb.
Məlumata görə, paytaxt Dehliyə, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan ştatlarına, Cammu və Kəşmir ərazisinə leysan yağışları yağıb.
Qeyd olunub ki, təbii fəlakətdən ən çox Himalay dağlarının ətəklərində yerləşən Himaçal-Pradeş əyaləti zərər çəkib. Əyalətdə çoxsaylı sürüşmələr baş verib, bir çox yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarının dağlıq bölgələrində yolların su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist dağlarda qalıb.
Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub. Hazırda xilasetmə və bərpa işləri aparılır.
Bildirilib ki, güclü yağışlar çərşənbə axşamı Dehlidə Yamuna çayında suyun səviyyəsinin təhlükəli həddən yuxarı qalxmasına səbəb olub. Lakin bu, şəhərdə ciddi dağıntılara səbəb olmayıb. Dehlidə yağan yağışlar 5 nəfərin həyatına son qoyub.
İqbal Rzayev,
KONKRET.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?