DÇ-2022: Millimiz Lüksemburqa da uduzdu (YENİLƏNDİ)

DÇ-2022: Millimiz Lüksemburqa da uduzdu (YENİLƏNDİ)Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün birinci hissəsi Lüksemburq yığmasının aşkar üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən oyuna nəzarəti ələ keçirən meydan sahibləri ardıcıl hücumlarla Şahruddin Məhəmmədəliyevin qoruduğu qapı qarşısında təhükəli epizodlar yaradıblar. Belə vəziyyətlərdən birində Jerson Rodrigeşin başı üzərindən aşırma zərbəsini qolkiper zərərsizləşdirib. Bununla belə, lüksemburqlu futbolçular 8-ci dəqiqədə istəklərinə nail olublar. Mikael Pintonon cərimə meydançasının sol cinahından vurduğu top Məhəmmədəliyev üçün qarşısıalınmaz olub. Buraxılan qoldan sonra toparlanmağa çalışan Azərbaycan millisi 15-ci dəqiqədə Əli Qurbani ilə hesabı bərabərləşdirməyə yaxın olsa da, hücumçu topa çata bilməyib. Əvəzində Lüksemburq yığması 2-ci qolu vurub. 28-ci dəqiqədə Abbas Hüseynovun kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Rodrigeş fərqi artırıb – 2:0. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci yarıda Mahir Emreli, Namik Ələskərov və Anton Krivotsyukun meydana daxil olmasından sonra millinin oyununda müsbətə doğru dəyişiklik baş verib. Bunun məntiqi nəticəsi kimi 67-ci dəqiqədə hesab arasındakı fərq azalıb. Emin Mahmudov cərimə zərbəsindən vurduğu mükəmməl qolla komandasını ümidləndirib. Lakin yığmanın gücü bundan artığına çatmayıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Lüksemburq seçməsi 3-cü pillədəki mövqeyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.
Bu qrupun digər matçında isə Portuqaliya evdə İrlandiya üzərində əzmkar qələbə qazanıb - 2:1. Meydan sahiblərinin heyətində hər iki qolu Kriştianu Ronaldu vurub.
xxx
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 3-cü qol vurulub.
Publika.az xəbər verir ki, 67-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən mükəmməl zərbə ilə hesab arasındakı fərqi minimuma endirib - 1:2.
xxx
23:12
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 2-ci qol vurulub.
Publika.az xəbər verir ki, 28-ci dəqiqədə penaltidən fərqlənən meydan sahiblərinin hücumçusu Jerson Rodrigeş fərqi artırıb.
xxx
23:00
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda erkən qol vurulub.
Publika.az xəbər verir ki, 8-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikael Pinto hesabı açıb.
xxx
22:45
Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.
Publika.az xəbər verir ki, Lükemburq stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayıb.
Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

İdman       Tarix: 02 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən son xeber krimnal xeber valyuta mezenesi