DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha iki oyunu başa çatıb və 1/8 finalın daha iki iştirakçısı müəyyənləşib.
KONKRET.azxəbər verir ki, turnirin favoritlərindən sayılan İspaniya millisi ABŞ-nin Los-Anceles şəhərində yerləşən "Sou-Fay" stadionunda Avstriya yığması ilə üz-üzə gəlib. Qarşılaşma ispanların 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Mikel Oyarsabal 36 və 89-cu dəqiqələrdə dubla imza atıb. Digər qolu isə 66-cı dəqiqədə Pedro Porro vurub.
Günün digər matçında isə Portuqaliya millisi Xorvatiya ilə qarşılaşıb. Oyunda hesabı 53-cü dəqiqədə İvan Perişiç açsa da, portuqaliyalılar geri dönüş etməyi bacarıblar. Komandanın kapitanı Kriştianu Ronaldu 68-ci dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Qələbə topunu isə əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində Qonsalu Ramuş vuraraq Portuqaliyaya 2:1 hesablı qələbə qazandırıb.
Beləliklə, həm İspaniya, həm də Portuqaliya 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundda futbolsevərləri maraqlı qarşılaşma gözləyir. Belə ki, İspaniya və Portuqaliya milliləri 1/4 finala vəsiqə uğrunda üz-üzə gələcəklər.
Qeyd edək ki, bundan əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları da 1/8 finala yüksəlmişdilər.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA