Dəbdəbəli villa, 6 metrlik hasar, helikopterin enməsi üçün meydança: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
Dünən DTX tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.
azxeber.com Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var.
Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in iddiasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində helikopterin enməsi üçün xüsusi meydança var.
Xatırladaq ki, bu gün həbs edilən İslam Rzayev də əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı, 50 hektar nar bağına da sahibdir.



Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Salyandakı qəzada ölənlərin FOTOLARI
UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?