"Dedim ki, bundan sonra heç bir dəvət olmayacaq" - Prezident
"Biz məsələ ilə (Qarabağın erməni əhalisinin inteqrasiyası – red.) bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik və maksimum şəkildə konstruktivlik göstərmişik".
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında səsləndirib.
"Ancaq bu gün Qarabağda "hakimiyyəti" əlində saxlayan xunta gah özlərinə "prezident" deyir, özlərini "deputat", "nazir" adlandırır. Bu, gülüş doğurur", – deyən dövlət başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar.
Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər:
"Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi