Dehlinin İrəvanla GİZLİ SÖVDƏLƏŞMƏSİ: Hindistan Qafqaza GİRİR? - SENSASİON DETALLAR

Dehlinin İrəvanla GİZLİ SÖVDƏLƏŞMƏSİ: Hindistan Qafqaza GİRİR? - SENSASİON DETALLARSon zamanlar Ermənistan və Hindistan arasında müxtəlif sahələrdə əməkdaşlıq güclənib. Bunu sübuta yetirən bir çox faktlar mövcuddur. Pakistan-Azərbaycan qardaşlığı fonunda Hindistanın Ermənistana dəstək verməsi Dehli və Bakı arasında gərginlik yaratmasa da, münasibətlərə sərinlik gətirir.Bəs görəsən Hindistanın Ermənistanı dəstəkləməkdə hansısa gizli məqsədləri varmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əziz Əlibəyli maraqlı məqamlara toxunub. O, Ermənistan və Hindistanın son illərdə hərbi əməkdaşlığını artırdığını təsdiqləyib:
Dehlinin İrəvanla GİZLİ SÖVDƏLƏŞMƏSİ: Hindistan Qafqaza GİRİR? - SENSASİON DETALLAR"Hindistan keçmişdə Ermənistana hərbi yardım, o cümlədən silah və sursat tədarükü həyata keçirib. Ermənistan 2022-ci ilin sentyabrında Hindistan silah və sursatları üçün 245 milyon dollar, həmin ilin noyabrında isə reaktiv yaylım atəşi sistemləri və tank əleyhinə raketlər üçün 155 milyon dollar ödəyib. Yəni tərəflər arasında bu istiqamətdə müqavilə imzalanıb. İki ölkə həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və yerli müdafiə sənayesindən istifadə imkanlarını müzakirə edir. 2023-cü ilin mayında Ermənistan davam edən Hindistan-Ermənistan müdafiə proqramlarını əlaqələndirmək və yeni təşəbbüslər irəli sürmək üçün Hindistandakı səfirliyinə hərbi attaşe təyin edəcəyini açıqlayıb. Ermənistan və Hindistan arasında hərbi əməkdaşlıq getdikcə artmaqdadır və görünür, iki ölkə müdafiə sektorunda əlaqələrini gücləndirmək niyyətindədir".
Politoloqun sözlərinə görə, Hindistan, İran, Fransa və Ermənistan eyni xətt üzrə hərəkət edir:
"Bu ölkələr Qafqazda yeni münasibətlər inşa etməyə çalışır. Fransa Ermənistana kvotadan artıq silah verə bilmədiyi üçün hərbi sursatı Hindistan vasitəsi ilə göndərir. Bu, Hindistanın hərbi baxımdan Cənubi Qafqazda iştirakına "töhfə" ola bilər. Digər tərəfdən, Hindistanın Qafqazda bu cür fəallaşmasının başqa səbəbi də Azərbaycan-Pakistan və Çinin isti münasibətləri ilə bağlıdır. Bunun qarşılığı olaraq əks cəbhə kimi Hindistan Cənubi Qafqaza girmək niyyətindədir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 03 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun