Dəhşətli fəlakətlər gəlir: əvvəlcə dənizdə zəlzələ, daha sonra...
Aralıq dənizində yerləşən Helen seysmik xəttinin Krit adası bölgəsində 7 bal gücündə zəlzələ gözlənilir.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Geofizika mühəndisi Atakan Yüklü deyib.
Dənizdə meydana gələn zəlzələ fırtınalarına əsaslanan mühəndis bildirib ki, bu yeraltı təkanlardan sonra sunami yaranacaq: "Xüsusilə, Antalyanın Qumluca, Finike, Kaş, Alanya və Aksu bölgələrinin sahilləri ciddi zərər görəcək. Bu zəlzələyə qarşı tədbirli olmaq üçün hökumət yanında Zəlzələ Elmi Şurası qurulmalıdır".
A.Yüklü Krit adası bölgəsində meydana gələn avterşokların əslində bir zəlzələ fırtınası olduğunu dilə gətirib: "Bu bölgədə Helen seysmik xətti dediyimiz yerdən Afrika lövhəsi Anadolu istiqamətinə doğru irəliləyir. Lövhələr sıxılır. Burada meydana gələn zəlzələlər gələcəkdə daha böyük zəlzələlərin xəbərçisidir. Çünki tarixə baxanda burada 7 bal gücündə zəlzələnin meydana gəldiyini görə bilirik. Bundan sonra hətta yaranan sunamilərin 3-5 metr yüksəkliyə qalxdığı da olub".
Mütəxəssisin sözlərinə görə, Antalyanın sahil hissəsindəki 1999-cu ildən əvvələ aid bir çox tikili araşdırılmalıdır.
Zümrüd
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi