"Dəmir yumruğ"dan "Dəmir iradə"yə və ya Strasburqdan Bakıya hücumun məqsədi nədir? – Azər Niftiyev yazır

2019-cu ilin iyun ayında Fransa və Almaniyanın təşəbbüsü ilə Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirak və səsvermə hüququ bərpa olundu. Hansı ki, bundan öncə AŞPA rəsmiləri qətiyyətlə bəyan edirdilər ki, Rusiya heç bir halda yenidən onların sıralarına qoşula bilməz. Avropa ikiüzlülüyünü, Avropa Şurasının isə nə qədər mənasız qurum olduğunu təcrübədə dəfələrlə müşahidə etmişik. 
Bazar ertəsi AŞPA-nın qış sessiyasının açılış günü Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Bu isə o deməkdir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırıla bilər. Təşəbbüs almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülüb və Monitorinq Komitəsinə yönləndirilib. Əsas səbəb isə Azərbaycanın suverenliyini qorunması və bərpa etməsidir.
Azərbaycanın regionda həlledici, dünyada isə nüfuzlu dövlətə çevrilməsi, işğal altında olan torpaqlarını azad etməsi, müstəqil və balanslaşdırılmış diplomatik siyasət yürütməsi, ən əsası ABŞ və müttəfiqlərinin ruporu qismində çıxış etməkdən imtinası avropalı deputatları da "qəzəbləndirib". Avroparlamentarilər okeanın o tayından gələn sifarişləri, Fransa və Almaniyanın drijor çubuğu ilə Azərbaycana qarşı təzyiqləri növbəti mərhələyə daşımaq niyyətindədirlər. Lakin unudurlar ki, Avropa Şurası adlı qurum artıq kağız üzərində belə mövcud deyil.
AŞPA-da Azərbaycana yönəlik sonuncu təxribat "layihəsi"nin müəllifi, alman deputat Frank Şvabe bir qədər də uzağa gedərək, Azərbaycana qarşı sanksiyalar təşəbbüsü ilə çıxış edir. Britaniyalı parlamentarinin onun bu təklifinə qəti şəkildə etiraz etməsi, avropalı deputatları məsuliyyətli qərarlar qəbul etməyə dəvət etməsi bir daha təsdiq edir ki, qoca qitənin lokomotiv ölkələri arasında dərin zidiyyətlər hökm sürür. 2020-ci ilin fevaralında Böyük Britaniyanın Avropa İttifaqını rəsmən tərk etməsi, Birləşmiş Krallıqda keçirilən referendum zamanı əhali çoxluğunun bu qərara dəstək göstərməsi Avropanın müxtəlif təxribatçı dairələrin əlində oyuncağa çevrilməsinin bariz nümunəsidir və bəzi nüfuzlu qitə dövlətləri bu məsuliyyəti bölüşmək niyyətində deyillər.
Azərbaycanın Avropa Şurası adlı mürtəce quruma ehtiyacı yoxdur. Çünki qitənin insan haqları sahəsində aparıcı beynəlxalq təşkilat mandatı daşıdığını bəyan edən qurumu 30 illik işğal dövründə bir milyondan artıq günahsız insanın doğma yurd-yuvalarından didərgin düşməsinə, ərazilərimizin xarabalığa çevrilməsinə, mina və ekoloji terrora məruz qoyulmasına, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə insanlıq əleyhinə cinayətlərə heç bir reaksiya verməyib. Bütün bunlara göz yumması azmış kimi, 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində əldə edilən tarixi Zəfərdən sonra ölkəmizə qarşı hücumlara start verilib. Bu isə öz növbəsində Azərbaycanı konkret addımlara təhrik edir.
Azərbaycanlı deputatların etimadnaməsi təsdiqlənməzsə və ya səsvermə hüququ məhdudlaşdırılarsa, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması, İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması ilə bağlı müzakirələr aktuallaşacaq. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi bir daha sübut edir ki, ölkəmizə qarşı təzyiq ritorikasından istifadə edən, ona qarşı müxtəlif təhrikedici üsullardan yararlanmağa çalışan qüvvələr qarşısında "Dəmir iradə"ni görəcək. / azxeber.com

Siyasi       Tarix: 23 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun