Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfrans keçirildi - FOTOLAR
17 oktyabr 2023 tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilati dəstəyi, "Liman Sığorta və Təkrarsığorta Brokeri", "United Alliance Group", "ZenithSurvey", "Azerbaijan Maritime Registry of Shipping" şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfransı baş tutub.
azxeber.com xəbər verir ki, konfransda "Liman Sığorta və Təkrarsığorta Brokeri" şirkətinin Anderraytinq və Təkrarsığorta şöbəsinin müdiri Aydan Alxaszadə açılış nitqi ilə çıxış edib.
Çıxışda o, konfransın məqsədi,sığortanın və təkrarsığorta brokerinin iqtisadiyyatdakı əhəmiyyəti barədə məlumat verib.
Konfransda Azərbaycan Sığortaçılar Assosiasiyasının, Mərkəzi Bankın Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin, Türkiyənin Sığorta İnstitutu Fondunun, Türkiyə Sığortaçılar Assosiasiyasının eləcə də sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, çoxillik təcrübəyə malik dənizçilər, bir sıra dövlət qurumlarının və sığorta sahəsində yerli mütəxəssislər, iştirak ediblər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev konfansda çıxış edərək sığorta sektorunun inkişafı və dənizçilərə bu sahədə dəstəyi barədə ətraflı məlumat verib. Bu konfransın dənizçilər üçün əhəmiyyətini yüksək qiymətləndirib.
Konfransın gedişində iştirakçılar dənizçilərin sığorta sahəsində maarifləndirilməsi, sığorta brokerinin dənizçilər üçün əhəmiyyəti, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafı, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası barədə geniş təqdimatla çıxış ediblər.
Konfrans çərçivəsində sığorta şirkətləri tərəfindən dənizçilər üçün sığorta məhsullarının təqdimatı da yer alıb. Təqdimat zamanı "Dənizçi kasko" haqqında geniş məlumat verilərək onun əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda "United Alliance Group" tərəfindən dənizçilər üçün yeni yaradılmış "Dənizçiyə Könüllü Dəstək" qaynar xətti platforması və onun faydası barədə ətraflı məlumat verilib.
Daha sonra mövzular ətrafında geniş müzakirələr aparılıb və dənizçilərin sualları ətraflı cavablandırılıb.








Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı