Deputat 3 saylı uşaq evində baş verənlərə parlamentdən etiraz etdi: 'Problemi dövlət qurumu yox, aparıcı həll etdi

Deputat 3 saylı uşaq evində baş verənlərə parlamentdən etiraz etdi: 'Problemi dövlət qurumu yox, aparıcı həll etdiMilli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlarla bağlı etirazını bildirib. 
azxeber.com xəbər verir ki,  Ceyhun Məmmədov dövlət qurumlarının mövcud problemə adekvat reaksiya vermədiyindən şikayətlənib: "Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin Uşaq Evi ilə bağlı problemləri mətbuatda işıqlandırıldı, lakin dövlət qurumları bu məsələ ilə bağlı adekvat davranmadı".
Millət vəkili problemin televiziya kanalında həllini tapdığını deyib:
"Sonda problemi aidiyyəti dövlət qurumları yox, televiziya kanalının aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır"
Xatırladaq ki, Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı Məhəmməd Hacıyev video çəkərək, uşaqlara yemək verilmədiyini, gətirilən ərzaqların mənimsənildiyini iddia etmişdi. Yeniyetmə sonradan Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov sözügedən uşağın psixi xəstə olmadığını deməsindən bir gün sonra Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunmuşdu. 
Bununla yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yaymışdı. Açıqlamada isə uşaq evi ilə bağlı araşdırmaların konkret nəticə ilə bağlı heç bir məlumat verilməmişdi. 
Nəticədə 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın əməlləri ilə bağlı konkret araşdırma aparılmayıb. 
Onu da bildirək ki, yeniyetmənin taleyi ilə bağlı bütün detallar MTV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl" verilişində geniş araşdırılmışdır. 

Sosial       Tarix: 11 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər cəbhədən son məlumat xeber.az bu gun valyuta mezennesi