Deputat: "Azərbaycanın dünya mədəni irsinin qorunmasında xidmətləri əvəzsizdir

Deputat: "Azərbaycanın dünya mədəni irsinin qorunmasında xidmətləri əvəzsizdirDeputat: "Azərbaycanın dünya mədəni irsinin qorunmasında xidmətləri əvəzsizdir"
"Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı öz zəngin tarixi, ədəbiyyatı, incəsənəti, mədəni irsi, adət-ənənələrinin qorunub saxlanması ilə hər zaman fəxr edib və ölkə rəhbərliyi tərəfindən daim Azərbaycan mədəniyyətinin dünyada təbliğində mühüm əhəmiyyət kəsb edən böyük işlər görülüb".
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a deyib.
Deputat bildirib ki, hər il bölgələrimizdə müxtəlif məhsul bayramlarının keçirilməsi vacib məsələdir. İnsanların festivala gələrək məhsullarla tanış olmaları, onların dadına baxaraq keyfiyyətini qiymətləndirmələri ilə yanaşı, turizm və kənd təsərrüfatı sahəsinin inkişafına, habelə ixrac həcminin artması prosesinə də əməli töhfə verir:
"Təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki ərazisinin yerləşdiyi Göyçayda da hər il minlərlə insanın iştirak etdiyi festival keçirilir. 
Bayram tədbiri çərçivəsində xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, xarici turistlərin Göyçaya səfəri Nar festivalının respublikamızdan kənarda da tanındığının bariz nümunəsidir. Yerli və xarici medianın işıqlandırdığı Nar festivalı vasitəsilə Göyçay rayonu ildən-ilə daha çox turistin marağını cəlb edərək dünyada narın vətəni kimi tanınmaqdadır.
Tarixi mənbələr də sübut edir ki, hələ XV-XVI əsrlərdə tacirlər Göyçay ərazisində yetişdirilən narı alaraq, digər ölkələrdə satırlarmış. Xalqımızın qədim narçılıq ənənələri mövcuddur və bunu təbliğ etməyə, min bir dərdin dərmanı olan narı dünyada Azərbaycan meyvəsi kimi tanıtmağa mənəvi haqqımız var. Bütün dünya bilməlidir ki, narın Vətəni Azərbaycandır və ən dadlı nar bizim ölkədə yetişir". 
M.Əfəndiyev qeyd edib ki, 2020-ci il 14-cü Nar festivalı şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinə təsadüf etdi və bu il festival öz maraqlı aksiyası ilə yadda qaldı. "Göyçaydan Qarabağa" adlı yürüşdə "Hər əsgərə bir nar" adlı aksiya həyata keçirildi: 
"Bu baxımdan 14-19 dekabr tarixlərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclasında Azərbaycan Respublikasının 14-cü mədəni elementi olaraq təqdim etdiyi "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərarın qəbul olunması təsadüfi deyildir.  
Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Bu gözəl xəbər münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən Göyçay əhalisini təbrik edirəm". 

Siyasi       Tarix: 17 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbər en sonxeber siyaseti xeberler bugun valyuta mezennesi 2026