Putindən Azərbaycana qadağa: zərər görəcəyik?
Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov qeyd edib.
O deyi ki, hələ bir neçə gün əvvəl Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı mövcud mexanizmdən sui-istifadə hallarının aşkarlandığını bildirmişdi:
"Hətta eyni təsdiqedici sənədlərdən istifadə etməklə bir neçə partiya nağd pulun ölkədən çıxarılmasına cəhdlərin olduğu açıqlanmışdı. Buna görə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Gömrük Xidməti arasında məlumatların birləşdirilməsi, eyni sənədin təkrar istifadəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Yəni görünür, Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd pul çıxarılması ilə bağlı müəyyən siqnallar var və yeni qərar da bundan qaynaqlanır.
Əvvəlki məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələri əhatə edirdi. Yeni qərarla Azərbaycan, Tacikistan və Özbəkistan da ayrıca bu siyahıya daxil edilib.
Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyidir. 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, 2025-ci ildə 479,3 milyon dollar pul köçürülüb. 2025-ci ildə ümumilikdə ölkəyə daxil olan 1,177 milyard dollarlıq pul köçürmələrinin təxminən 41%-i Rusiyanın payına düşüb.
2026-cı ilin ilk yarısında isə Rusiyadan Azərbaycana köçürmələr 356,7 milyon dollara çatıb və 67,4% artıb. Bu, həmin dövrdə Azərbaycana daxil olan bütün pul köçürmələrinin 47,6% deməkdir.
Amma bir məsələ var ki, bu yüz milyonlarla dollar əsasən bank infrastrukturu və pulköçürmə sistemləri ilə gələn vəsaitdir. Yeni 1 milyon rubl limiti isə məhz fiziki şəkildə ölkədən çıxarılan nağd pula aiddir".
İqtisadçının sözlərinə görə, Rusiyadan Azərbaycana il ərzində ciblərdə, çantalarda və baqajlarda nə qədər nağd rubl gətirildiyinə dair ayrıca açıq rəsmi statistika yoxdur:
"Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq mümkün deyil.
Amma mövcud durum deməyə əsas verir ki, bütün hallarda vəziyyət bizim üçün elə də narahatedici qərar deyil. Məgər Azərbaycana bir dəfəyə cibinə 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul qoyub, gətirən fiziki şəxslərin sayı nə qədərdir?! Gətirmək istəyən də, 1 milyon rublu cibində, yerdə qalanı da bankla gətirə (köçürə) biləcək.
Odur ki, qərarın Azərbaycana ümumi pul axınına təsiri ciddi olmayacaq. Bunun daha çox, iri məbləğlərin nağd və maliyyə sistemindən kənar daşınmasına təsiri olacaq".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına