Deputat: "Bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar
"Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər".
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var:
"Bələdiyyə sədrləri qanunvericiliyi bilmirlər. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər".
Deputat bildirib ki, bələdiyyə sədrləri vətəndaşdan nəsə umur:
"Belə olanda bələdiyyələrin işi getməyəcək. Misal olaraq, təmsil etdiyim Ağcabədidə bələdiyyə 400 min manata yaxın torpaq vergisi yığa bilər. Amma bunu edə bilmir, hətta bələdiyyə üzvlərinə əməkhaqqı verə bilmir. Onların vətəndaşlarla heç bir münasibəti yoxdur. Belə olan halda vətəndaş bələdiyyəyə necə etimad göstərə bilər? Təbii ki, bu etimad olmayacaq. Bu, gündən-günə azalır. Bəzi ağıllı bələdiyyələr var ki, müəyyən mehmanxanalarla əməkdaşlıq edib ödəniş ala bilirlər".
///Report / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür