Deputat: "Bələdiyyələrin cəmiyyətdə nüfuzu yoxdur
"Bu gün gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq. Ancaq heç kim bələdiyyədə işləmək istəyində olduğunu deməyəcək. Bax budur cəmiyyətdə bələdiyyələrə olan hörmət və nüfuz".
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin fevralın 24-də keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb:
"Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?! Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatlar aparmaq labüddür. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır".
Spiker Sahibə Qafarova deputatdan bu fikirlərini komitə iclasında səsləndirib-səsləndirmədiyini soruşub:
"Çünki sizin çıxışınızda tənqidi məqamlar var. Bununla bağlı ədliyyə nazirinin müavini Vilayət müəllimə sual vermişdiniz?"
K.Bayramov isə qeyd edib ki, məruzə ilə bağlı təkliflər irəli sürüb.
"Elə komitə iclasında bu məsələləri qaldırsaydınız, daha faydalı olardı", - S.Qafarova cavabında əlavə edib.
///Oxu.az / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir