Deputat bölgələrdə gənclər təşkilatlarının kəskin azalmasından şikayətlənib

Deputat bölgələrdə gənclər təşkilatlarının kəskin azalmasından şikayətlənibRegionlarda QHT-lərin, xüsusilə gənclər sektoru ilə çalışan təşkilatların sayında azalma var.
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin "Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat"ının müzakirəsində deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, QHT-lərin böyük əksəriyyəti Bakı şəhərinə toplaşıb, ya da Bakıətrafı ərazidədir: "Vaxtilə Gəncədə 50 gənclər təşkilatının adını çəkərdimsə, indi bu say 4-5-dir. Vaxtilə region gənclər təşkilatlarına Fond tərəfindən qrantlar verilirdi. Bu ənənəni yenidən bərpa etməliyik. Bakı QHT-ləri bütün qrantları udurlar. Region gəncləri zəifləyirlər, kənarda qalırlar".
Naqif Həmzəyev qeyd edib ki, gənclərin ən böyük problemi mənzillə bağlıdır: "Biz ipoteka ilə bağlı qanunda dəyişiklik etməliyik. Gənclər sektorunda çalışanları da güzəştli ipoteka ilə mənzil əldə edənlərin siyahısına əlavə etməliyik. Bununla gənclər sektorunda çalışanların və gənclər təşkilatlarının da sayı artacaq".
Deputat hesab edir ki, yalnız eyni QHT-lər beynəlxalq layihələri udmamalıdır: "Beynəlxalq layihə həyata keçirməyən QHT-lərə də şans verilməlidir. Bizə də ən çox irad hər dəfə eyni QHT-lərin xaricə göndərilməsi ilə bağlıdır. İdman sahəsində müəyyən irəliləyişlər olsa da, gənclər sahəsində bir sıra nöqsanlar var".
Naqif Həmzəyev həmçinin təklif edib ki, Gənclər Fondu tərəfindən idman sahəsində də qrantlar verilsin.

Sosial       Tarix: 30 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri son xeberler azerbaycan son xeberler 2026 bu gunun xeberleri haqqinda melumat