Deputat: Bu cür görüşlər sülh üçün vacibdir

Deputat: Bu cür görüşlər sülh üçün vacibdirErmənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak etmək üçün aprelin 15-dən 19-dək İstanbula səfər edəcək. Bu barədə Simonyan jurnalistlərə açıqlamasında bildirib. Qeyd olunub ki, onun İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü planlaşdırılır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında deyib ki, bu cür görüşlər olduqca vacibdir:
"Parlamentlərarası ittifaqın keçirdiyi görüşlər dövlətlərarası münasibətlərdə parlamentlərin rolunun artırılmasına  və parlament diplomatiyasının dərinləşməsinə xidmət edir.
Bu gün qloballaşan dünyada parlamentlərin və ümumilikdə qanunverici orqanların rolu daha da artmaqdadır. Çünki inzibati-siyasi sərhədlərdən kənarda vahid bir məkan formalaşır. Bu isə həmin münasibətlərin tənzimlənməsi üçün ortaq qanunvericilik aktlarının qəbulunu daha da aktuallaşdırır.
Ona görə də bu cür görüşlər olduqca vacibdir".
Deputat vurğulayıb ki, belə görüşlər sülh prosesində parlament diplomatiyasının növbəti mərhələsi kimi qiymətləndirilməlidir:
"Ermənistan parlamentinin sədri Alen Simonyanın Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri ilə görüşü sülh prosesində parlament diplomatiyasının növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Çünki nəticə etibarilə, biz ortaq coğrafiyanı paylaşırıq və region ölkələri olaraq inteqrasiya və sülh istiqamətində birgə səylər göstəririk. Sözügedən görüş mühüm əhəmiyyət kəsb edir və parlament səviyyəsində sülhün möhkəmlənməsinə xidmət edən növbəti addım kimi dəyərləndirilə bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 16 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər