Deputat: "Cəbrayılla bağlı məlumatların da heç bir əsası yoxdur, Baş plana ölkə rəhbərliyi də baxıb"

Deputat: 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov işğaldan azad olunan Cəbrayıl şəhərində tikilən yaşayış binalarının vizual görüntüsünün sosial şəbəkələrdə narazılıqla qarşılanmasına münasibət bildirib. 
KONKRET.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında təəssüflə deyib ki, həm daxili, həm də xaricdən olan bəzi qüvvələr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə kölgə salmağa çalışırlar:
"Bu mənada, Cəbrayılla bağlı məlumatların da heç bir əsası yoxdur. Mən özüm orada olmuşam. Beynəlxalq mütəxəssislər Cəbrayıl şəhərinin Baş planının icrasına cəlb olunublar, üzərində dəfələrlə işlənilib. Ölkə rəhbərliyinə də təqdim edilib, ölkə rəhbərliyi bu sənədə baxıb. Bu kimi məlumatlar heç də təsadüfi deyil. Düşünürəm, seçkiqabağı təxribatların növbəti seriyasıdır. Plan üzrə Cəbrayılda tikinti gedir, bu cür də davam edəcək. Biz konkret plan əsasında şəhər tikirik. Kənardan elə təsir bağışlaya bilər ki, sanki evlər iç-içə tikilib. Xeyr, bu cür tikilməyib. Hər bir detal ciddi formada planlaşdırılıb. Qoy vətəndaşlarımız da, sakinlərimiz də narahat olmasınlar. Çünki narahatlıq üçün heç bir əsas yoxdur. Vətəndaşların hər biri əmin olsun ki, dövlətimiz üzərinə düşən addımları atır, lazım olan tədbirləri həyata keçirir. Söhbət düzgün formada tikinti, quruculuq və abadlıq işlərindən gedir. Birinci partiyada binaların tikilməsi nəzərdə tutulub. Gələcəkdə, sonrakı dövrdə, əlbəttə ki, fərdi yaşayış evlərinin də tikilməsi nəzərdə tutulur. Buna görə də belə məsələlərə hər birimiz həssas və diqqətli yanaşmalıyıq. Hər kəs belə paylaşımlarla dövlətin həyata keçirdiyi siyasətə kölgə salmaqdan çəkinməli, öz vətəndaş mövqeyini düzgün ifadə etməyi bacarmalıdır. Biz indi ciddi addımlar atırıq, yeni şəhər salırıq, böyük layihələri icra edirik. Bu siyasətə yalnız dəstək olmaq lazımdır. Baxın, milyardlarla pul xərclənir. Bunları görməzlikdən gəlmək ən azından nankorluqdur".
Deputat: Xatırlatma: Cəbrayıl şəhərinin Baş planını  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın "Chapman Taylor LLP" şirkəti hazırlayıb. Baş planının hazırlanması üçün "Chapman Taylor" şirkətinə 3 milyon 644 min 888 manat 89 qəpik ödənilib.

Siyasi       Tarix: 26 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

SEPAH-ın yeni raket şəhəri - Foto

SEPAH-ın yeni raket şəhəri təqdim olunub. KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri dunya xeberleri xeberler az son xeberler 2026