Deputat: "İdmançıların qanunsuz mərc oyunlarını reklam etmələri yanlışdır
"Son zamanlar internet üzərindən müxtəlif mərc oyunlarının reklamlarının şahidi oluruq. Onların bir çoxu müvafiq ölkələrin qanunları ilə ziddiyyət təşkil edir. Belə oyunlar Azərbaycanda da qanunsuz sayılır. Təəssüf ki, Azərbyacanın bir çox tanınmış idmançıları tərəfindən də "Mosbet" kimi qanunsuz mərc oyunlarının reklam olunması faktları var. Ən yüngül şəkildə desək, əlbəttə ki, bu, doğru deyil".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Deputat xatırladıb ki, Azərbaycanda mərc oyunları ilə bağlı qanuni fəaliyyət göstərən şirkətlər mövcuddur.
V.İsgəndərov qeyd edib ki, gənc və yeniyetmə idmançıların kumiri sayılan, tanınmış, nümunə kimi baxılan idmançıların qeyri-qanuni mərc oyunlarını reklam etmələri yanlışdır: "Əvvəla, bu, qanunsuz sayılır, yolverilməzdir. Tanınmış idmançılar qadağan olunmuş mərc oyunlarını reklam etməməlidirlər. Qanunun icazə verdiyi reklamla maliyyə qazana bilərlər. Bu mənada onların seçimləri sərbəstdir. Ən əsası, qanunun tələblərini hər birimiz nəzərə almalıyıq". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi