Deputat onu intim görüntüləri şantaj edəni tanıyırmış: "Qardaşımın yanında…"

Deputat onu intim görüntüləri şantaj edəni tanıyırmış: Bu gün mətbuatda deputat İqbal Məmmədovun oğlunun atasının intim görüntüləri ilə şantaj edilməsi barədə xəbərlər yayılıb.
azxeber.com xəbər verir ki, millət vəkili İqbal Məmmədov bakupost.az-a açıqlama verib.
O, baş verənlərlə bağlı bunları deyib:
"2020-ci ilin yanvar ayında Lerik rayonundan deputatlığa namizəd idim. Orada seçki kampaniyası aparırdım. Həmin vaxt oğlum yaxınlaşıb dedi ki, mənə 2 gündür zəng gəlir, deyirlər ki, atanın belə şəkilləri var, pul istəyirlər. Dedim ki, sən məni tanıyırsan, bizdə belə şeylər heç cür ola bilməz. O vaxt Zaur Qəriboğlu, Əvəz Zeynallı da mənim haqqımda yazırdı. Çünki o vaxt Lerik rayonundan 15 nəfər namizədliyini irəli sürmüşdü. Mən də düşündüm ki, yəqin bu cür hərəkətləri mənlə alternativ olan namizəd yoldaşlar edib. Ona görə də hüquq-mühafizə oqanlarına müraciət etdim. Belə bir şey olsaydı, heç kim müraciət etməzdi. Mən müraciət etdim ki, kimin etdiyini öyrənim, düşmənimi tanıyım. Həm də bu onlara dərs olsun ki, başqalarını şantaj etməsinlər".
Deputat deyib ki, hüquq-muhafizə orqanları 6 ay ərzində həmin şəxsi tapıb:
"Yazılan xəbərlərdə yeganə düz olan odur ki, 1768 manat pul ödənilib. Düzdür, onu da hüquq-mühafizə orqanları özləri komputerə-filan köçürüb. Həmin adamı tapa bilmirdilər. Daha sonra şəxsiyyəti müəyyən olundu. Yeri gəlmişkən, həmin şəxs xanım yox, bir oğlan idi".
Millət vəkili vurğulayıb ki, şantaj edən şəxs onun qardaşının şirkətlərindən birində çalışıb. Lakin oğurluq etdiyi üçün işdən qovulub:
"Mən 2010-cu ilə qədər bizneslə məşğul olmuşam. Deputat seçildikdən sonra isə həmin şirkətləri ailəmə, qardaşıma dövr etmişəm. Həmin şəxsin də qardaşımın şirkətində işlədiyi ortaya çıxdı. O, oğurluq səbəbilə işdən qovulub. Həmçinin, əvvəllər reket saytların birində jurnalist işləyib. Onu tutdular. Ondan sonra gördüm ki, mənə düşmən olacaq biri deyil, maraqlı olmadım. Mənə o adamı tanımaq lazım idi. Oğlan Şüvəlandan idi. "Relax"da animator işləyirdi. Adını unutmuşam, "bigman" deyirdilər. O vaxtlar vergi ilə əlaqədar olduğunu düşünürdük. Həmin vaxt seçki ərəfəsi olduğu üçün çəkinirdik. O da qorxu gəlmək istəyib ki, 5-10 manat pul alsın". İ.Məmmədov sonda mətbuatın məsələyə yanaşmasından narazılıq edib: "Söhbətin üstündən 3 il keçib. Bu yazıların indi ortaya çıxmasının hansı məqsəd daşıdığını başa düşmürəm. Elə başlıqlarla yazırlar ki?! Fikirləşmirlər evimizdə həyat yoldaşımız, qızımız var. Həmin yazıları ailəm, qızım oxuyur. Özümün də artıq 60 yaşım var. Axı biz Azərbaycanda yaşayırıq. Özü də həmin məsələni bəzəyiblər. Guya ki, şantaj edən xanım olub, biz Ali məhkəməyə şikayət etmişik. Biz heç kimi məhkəməyə verməmişik. Huqüq-mühafizə orqanlarına müraciət etdik, o da araşdırıb özü həmin şəxsi məhkəməyə verdi".

Sosial       Tarix: 02 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezenesi en son xəbərlər bugün son xeber az bu gunun xeberleri haqqinda melumat