Deputat: Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır
Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hər gün telekanallarda eşidirik ki, ölkəmizə narkotik gətirənlər aşkar edilir: "Tiryək müharibələri tarixdə həmişə olub, tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir. Bu gün qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır. Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallarda Gürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rast gəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki başımıza yağdırır".
Hikmət Babaoğlu qeyd edib ki, ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkilərinin satışıdır: "Buna da hansısa məhdudiyyət gətirməliyik. Bu içkilərdən istifadə edənlərdə 22-25 yaşlarda şəkər xəstəliyi baş qaldırır, tükənmə hissi yaranır. Bu içkiləri içənlərin övladları olmur, ondan genefondu qurutmaq üçün istifadə olunur". / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır