Deputat rusiyayönlü mövqeyinə görə partiyadan QOVULDU
Qazaxıstanın "Ak Jol ("İşıqlı yol") Demokrat Partiyası parlamentin aşağı palatası deputatı Azamat Abildayevi sıralarından xaric edib.
KONKRET.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, deputat bir müddət əvvəl müsahibəsində Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədiyini bildirib.
Məlumata görə, yanvarın 18-də Azamat Abildayev "Azadlıq" radiosuna müsahibəsində Rusiya Prezidenti Vladimir Putini dəstəklədiyini və Ukrayna hakimiyyətini "nasist" adlandırdığını bildirib.
Jurnalistin Ukraynada dinc əhalinin ölümünə münasibəti ilə bağlı sualına cavab olaraq Abildayev deyib ki, silahlı münaqişə zamanı insan tələfatının qarşısını almaq olmaz.
Bildirilib ki, onun deputat mandatına xitam verilməsi ilə bağlı MSK-ya məktub göndərilib.
Partiyanın açıqlamasında qeyd olunub ki, qovulan deputatın sözləri onların mövqeyinə ziddir, partiya və deputat etikasını pozur.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür