Deputat: "Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır
"Taksi xidməti sahəsindəki özbaşınalıq aradan qaldırılmalıdır".
Bunu "Report"a açıqlamsında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, bu sahədə nəzarətin zəif olması, bir sıra xoşagələməz halların davam etməsinə yol açır: "Taksi fəaliyyəti əhaliyə xidmətin bir növüdür. Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə halllar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edən də çox halda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər. Həm də yol kənarında əl qaldırıb taksi saxlayıb mənzil başına çatanda sürücünün dediyi məbləği ödəməli olursan".
Deputat söyləyib ki, əksər taksi sürücülərinin sağlamlıq durumu da yerində olmur: "Elə hallar da baş verir ki, taksini sifariş edib avtomobilə oturanda sifariş etdiyinə görə təəssüflənirsən. Ümumilikdə taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bunun qarşısını almaq üçün nəzarət mexanizmi tətbiq olunmalı, taksi fəaliyyəti ilə bağlı ciddi tələblər müəyyənləşməlidir. Belə ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır. Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir. Həm də taksilərdə POS-terminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız ödəniş edilməsinə şərait yaradılmalıdır".
A.Badamov vurğulayıb ki, həmçinin hər gün taksi xidmətə başlayanda müəyyən məntəqədə həm sürücü, həm də avtomobil baxışdan keçirilməlidir: "Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə qalmasına imkan yaradır. Digər tərəfdən xoşagəlməz hallar baş alıb getdiyini müşahidə etdikcə bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır