Deputat: ""Uber", "Bolt" və digər taksi şirkətləri barədə kifayət qədər şikayətlər daxil olur

Deputat: "Ölkəmizdə son zamanlar taksi xidmətləri ilə bağlı kifayət qədər problemlər olduğu göz qabağındadır. Əslində, taksi şirkətlərinin sayının çox olması müsbət haldır. Rəqabət baxımından şirkətlər qiymət siyasətində yumşalmalara gedirlər. İnsanlar ciblərinə uyğun taksi şirkəti ilə gediş-gəlişlərini təmin edə bilirlər. Bütün bunlarla yanaşı, problemlərin çoxaldığının da fərqindəyik. Daxili İşlər Naziriliyinə, digər aidiyyatı orqanlara "Uber", "Bolt" və onlarla paralel işləyən başqa taksi şirkətləri barədə kifayət qədər şikayətlər daxil olması barədə məlumatlar eşidirik. Eyni zamanda bizə də müraciətlər olur. Həm avtomobillərdə problemlər olması, həm də sürücülər haqqında şikayətlər çoxluq təşkil edir. Etik davranış qaydaları, sürücülük mədəniyyəti, sürücülərin fiziki, psixoloji durumları ilə bağlı narazılıqlar var. Bunların hər biri vacib məsələlərdir".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
"Əvvəla, taksi sürücüləri daşıma xidməti göstərirlər. Hər birimizin övladları, ailə üzvləri, dostları ümumi xalqımızın nümayəndələridir. Buna görə də sürücülərin sağlıq durumları, psixoloji vəziyyətləri yoxlanılmalıdır. Minimum etik davranış qaydalarına riayət etmələri də həmçinin. Təbii ki, bunu bütün sürücülərə şamil etmək olmaz, amma faiz nisbəti ilə belə şikayətlər çoxdur", - deputat bildirib.
V.İskəndərov deyib ki, sadaladığı problemlərlə bərabər taksi xidməti göstərən avtomobillərin texniki səviyyəsi də aşağıdır: "Həm şəhərimizin görünüşünə problem yaradırlar, həm də ucuz və köhnə avtomobillər ekoloji cəhətdən ziyanlıdırlar. Nasaz olduqları üçün sərnişindaşımada problemlər yaranır. Bütün bu məsələlərə kompleks şəkildə baxılmalıdır. Daha modern şirkətlər yeni növ avtomobillərin ölkəmizə gətirilməsini təmin etməlidirlər. Bu, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının xarici görünüşünə də gözəllik qatar. Yekun nəticəyə gəlmək olar ki, taksi xidməti sektorunda boşluqlar var. Bu sahə ilə bağlı məsələlər mütləq qaydaya salınmalıdır. Qanunlar mövcud olmalıdır. Yalnız bundan sonra yüksək səviyyəli taksi xidmətindən danışa bilərik". / azxeber.com

Sosial       Tarix: 07 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber son xeberler azerbaycan en son xeberler bu gun