Deputatdan 'Mostbet'lə bağlı açıqlama: "Dələduzlar öz "biznes"lərini reklam edirlər
Sosial şəbəkələrdə aparılan qanunsuz mərc oyunu "Mostbet" və digərlərinin reklamları, təbliğ edilməsi, vətəndaşların pullarının mənimsənilməsi barədə çoxsaylı şikayətlər gəlməyə davam edir.
azxeber.com xəbər verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında problemə münasibət bildirib:
"Son vaxtlar sosial şəbəkələrdə bir sıra qanunsuz mərc oyunlarının reklamı gedir. Təəssüf doğuran məqam odur ki, buna aldanan vətəndaşlarımız var. Hüquq-mühafizə orqanları bu prosesləri ciddi izləyir və müvafiq tədbirlər görüləcək. Vətəndaşlarımıza səslənərək deyirəm ki, ehtiyatlı olsunlar. Asan yollarla qazanc əldə etmək məsələsində diqqətli olmaq lazımdır, sonu bilinməyən yollara baş vurmaq təhlükəlidir. Dələduzlar tik-tok və instaqram səhifələrində öz "biznes"lərini reklam edirlər, bu işdə sosial şəbəkə məşhurları da iştirak edir. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə öz addımlarını davam etdirəcək".
Xatırladaq ki, bir neçə gün öncə tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə bildirib ki, mərc oyunlarında bəxtini sınayır, amma "Mostbet" adlı provayder onun udduğu 5 min manatı ödəmir. Bu, "qara bazar"ın təmsilçisi "Mostbet" adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil. Bir müddət əvvəl Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında deyib ki, "Mostbet"dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"