Deputatlar Rzanın azadlığa çıxması üçün hərəkətə keçdi: İnam Kərimova müraciət ediləcək

Deputatlar Rzanın azadlığa çıxması üçün hərəkətə keçdi: İnam Kərimova müraciət ediləcəkXəbər verdiyimiz kimi, xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin kassasiya şikayəti icraata götürülüb. İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 
Şikayətdə R.Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas azxeber.com-a açıqlama verib.
Deputatlar Rzanın azadlığa çıxması üçün hərəkətə keçdi: İnam Kərimova müraciət ediləcəkO prosesi diqqətlə izlədiyini bildirib:
"Rzanın həbsinə münasibətimin həddən artıq pis olduğunu dəfələrlə demişəm, yenə də deyirəm. Azadlığa çıxması üçün də təşəbbüs göstərmişəm, göstərəcəm də. Tək mən yox, bəzi deputatlar da mənə qoşulub.
Fazil Mustafa və Qüdrət Həsənquliyev ilə birlikdə imkanımız daxilində müraciətlərimiz olacaq".
Deputat Rza Rzayev azadlığa çıxacaqmı sualına da münasibət bildirib:
"Mən bütün instansiyalara ədaləti bərpa etmək üçün çağırış edirəm. Ali Məhkəməyə, hörmətli İman Kərimova işə humanizm prinsiplərindən yanaşması və ədalətli qərar çıxarması üçün müraciətimizi çatdıracağıq".
Qeyd edək ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş "Dolu" filmində rol aldığı "Drakon" obrazı ilə məşhurlaşıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Şəbnəm Zahir

Sosial       Tarix: 22 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar cəbhədən yeni xəbərlər son xeberler bugun 2026 canli en son xeberler bu gun