Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman 'dərdi' - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?

Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman 'dərdi' - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?Bu gün Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclas keçirilib. Toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib, müzakirə edilən mövzular arasında dərmanların qiymət artımı da olub.
azxeber.com xəbər verir ki, deputat Siyavuş Novruzov qiymət artımına etirazını bildirərək deyib: "Bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq da insafdan deyil". 
Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman 'dərdi' - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?Bəs, ali qanunverici orqanda dəfələrlə müzakirə edilən dərman qiymətlərinin bahalığı ilə bağlı mövzu niyə öz həllini tapmır? Azərbaycanda dərman vasitələrinin qiymətinin Türkiyə ilə və digər ölkələrlə müqayisədə baha olmasının əsl səbəbi nələrdir?
Məsələ ilə bağlı azxeber.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qiymət artımlarının əsas səbəbi Tarif Şurasının tənzimləmə mexanizmidir:
Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman 'dərdi' - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?"Rəqabətsizlik mühiti və Tarif Şurasının məntiqsiz tənzimləmə mexanizmi əsas səbəbdir. Bu iki amil Azərbaycanda qiymətlərin çox yüksək olmasının, qonşu ölkələrdən kəskin fərqlənməsinin əsas səbəblərindəndir. Tarif  Şurasına bu səlahiyyət veriləndən sonra Azərbaycanda dərmanların qiyməti bahalaşdı, keyfiyyəti isə çox aşağı düşdü. Demək ki, Tarif  Şurasının tənzimləmə mexanizmi yararlı deyil. Bu praktikadan imtina etmək lazımdır. Nə qədər ki, bu səlahiyyət Tarif Şurasına verilməmişdi ölkədə onlarla şirkət fəaliyyət göstərirdi. O zamanlar müəyyən rəqabətli mühit var idi. İndi isə Tarif Şurasının tənzimləmə mexanizmi yaradılandan sonra bir-iki şirkət qalıb, inhisarçılığa çevrilib və bazarda qiymət diqtəsi ilə məşğuldurlar. Ona görə də Tarif Şurasının tənzimləmə mexanizmi ləğv edilməlidir".
Ekspert bazarda rəqabətliliyin olmamasının, dərman şirkətlərinin rahat şəkildə ölkəyə gələ bilməməsinin də mövcud bahalığa təsir etdiyini dilə gətirib:
"Ölkədəki rəqabətli mühitin genişləndirilməsi üçün, şirkətlərin bazara daha rahat daxil olması üçün şərait yaradılmalıdır. Bu da qiymətlərin azalmasına təsir göstərəcək. Digər məsələ isə, vergi və gömrük rüsumları ilə bağlıdır. Düzdür, dərman preparatlarında gömrük rusumlarları tələb olunmur, amma əlavə dəyər vergisi (ƏDV) 18% təsdiq olunub. Bu isə ölkəyə daxil olan dərmanların 18% bahalaşmasına səbəb olur. Bunu da hökümət özü nəzərə almalıdır. Çünki Azərbaycanda dərman istehsalı yoxdur. Azərbaycana 96% dərmanlar xaricdən gətirilir. Qalan 4%-i də dərman deyil ( tibbi maska, yod, spirt və s). Əgər istehsal yoxdursa, niyə bu qədər yüksək vergi olmalıdır? Ona görə də ölkədə qiymətləri tənzimləməyin yolları var. Çox asan və effektli qərarlar alına bilər, amma təəssüf ki, illərdir biz bu qərarların alınmasını görmürük".
Xatırladaq ki, dərmanların qiyməti ilə bağlı məsələ artıq Milli Məclisdə dəfərlərlə müzakirələrə və mübahisələrə səbəb olub. Belə ki, Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında da dərmanların qiyməti ilə bağlı mövzu müzakirəyə çıxarılmışdı. Bu müzakirələr iki deputat arasında mübahisə ilə də nəticələnmişdi. Komitənin sədri Əhliman Əmiraslanovla komitənin bir digər üzvü Kamaləddin Qafarov arasında dərmanların qiymətləri ilə bağlı fikir ayrılığı yaranmış, tərəflər müxtəlif  iddialar səsləndirmişdilər. Belə ki, deputat Kamaləddin Qafarov iclasda Azərbaycanda bəzi dərmanların qiymətlərinin Türkiyədən ucuz olduğunu dilə gətirmişdi. 
Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman 'dərdi' - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?Komitənin sədri Əhliman Əmiraslanov isə bu fikirlə razılaşmamışdı: "Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!"
Ayşən

Sosial       Tarix: 11 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər cəbhədən son məlumat xeber.az bu gun valyuta mezennesi