Dərman monopoliyasına son qoyulacaq - Ekspertlər nə düşünür?

Dərman monopoliyasına son qoyulacaq - Ekspertlər nə düşünür?"Dərman vasitələri haqqında" Qanuna edilən dəyişiklik qiymətlərin optimallaşdırılmasına imkan verəcək.
KONKRET.az xəbər verir ki, bunu "Trend"ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, ölkəmizə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.
"Son dəyişikliyə əsasən, hər hansı bir kimyəvi maddənin istehsalı ilə məşğul olan şirkətin hər hansı bir preparatı qeydiyyatdan keçibsə, həmin tərkibli digər növ və ölçü vahidi olan preparatların da qeydiyyatdan keçmədən ölkəyə gətirilməsi kimi bir asanlaşdırılma həyata keçirildi. Dünya təcrübəsində də bilinir ki, bu sadalanan məqsədlərə çatmanın ən asan yollarından biri də rəqabət mühiti və bolluğun yaradılması ilə mümkündür. Rəqabətin yaradılması keyfiyyətin artırılması ilə nəticələnməkdədir. Qeydiyyatın asanlaşdırılması yolu ilə əldə olunan bolluq isə qiymətin optimallaşdırılmasına imkan verəcək", – deyə deputat əlavə edib.
Deputatın sözlərindən belə anlaşılır ki, dərman monopoliyasına son qoyulacaq. Bəs ekspertlər nə düşünür?
Farmakoloq, dosent Aydın Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a bildirib ki, dövlətçiliyimizdə əsas rol oynayan yerlərdən biri onun sağlamlığıdır:
"Milli Məclisdə dərman vasitələri haqqında qəbul olunmuş qanunlara da müsbət yanaşıram. İstənilən sahə üzrə əsas olan qanunların işləməsidir. Dünyada baş verən proseslər, o cümlədən bizim cəmiyyətimizdə də qanunlarımızın daha yaxşı işləməsinə səbəb olacaq".
Farmakoloq dərman gətirən sahibkarlara müraciət edib:
"Ölkəmizə normal, dozası, tərkibi yazılan dərmanları gətirsinlər. Dərman zavodlarını işə salmaq lazımdır. Çox cüzi dərman istehsalımız var, o istehsaldan çox cüzi şəkildə gəlir götürürük. Amma milyonlarla vəsait dərmanlara görə xarici ölkələrə axır. Xarici ölkələrin həyat səviyyəsini yüksəldirik. Bunları aradan qaldırmaq lazımdır. Qanun qəbul olundu, işləməlidir".
Həkim-pulmonoloq Əsəd Beydullayev də mövzu ilə bağlı fikirlərini açıqlayıb. O, ilk olaraq dərmanlarla bağlı üzləşdiyi problemlərdən söz açıb:
"Türkiyədə işlədiyim vaxt oradakı dərmanların keyfiyyətinə bələd oldum,  bizdə satılan dərmanlarla müqayisədə çox keyfiyyətli olmasının şahidi oldum. Misal üçün, ağır pnevmoniyaların müalicəsində sadə dərmanlar effekt verdiyi halda Azərbaycanda o dərmanların təsiri yoxdur. Təbii ki, əlimdə elə laboratoriya yoxdur ki, araşdırma aparım və deyim ki, bu yaxşıdır, yoxsa pisdir. Sadəcə, müşahidə etdiklərimin nəticəsində bu qənaətə gəlmişəm. Verdiyim dərmanların effekti olmur, məcbur olub həmin dərmanları sistemlə əvəz edirik. Birinci olaraq dərmanların keyfiyyətinin aşağı olması narahatlıq doğurur. İkinci narahat doğuran məsələ isə dərmanların qiymətinin baha olmasıdır. Təbii ki, xəstə yazılmış dərmanlardan birini alır. Buna görə də müalicə effektsiz olur. Nə həkimi, nə də xəstəni qınamaq olur. Türkiyə ilə buranı müqayisə etdikdə dəfələrlə baha olduğunun şahidi oluruq.
Mən elə özüm uzun illərdir təzyiq xəstəsiyəm, "Amletech"i Türkiyədən alıram, burada o dərmandan yoxdur. O tərkibdə buradan aldığım dərmanın həm faydası olmur, həm də qiyməti çox bahadır. Həmin dərmanı Türkiyədən gələn yoldaşlara tapşırıram, həmin gün də effektini görürəm. Baxmayaraq ki, dozalar eynidir. Qiymət də, oradan aldığım 3 qutuya burada bir qutu dərman almaq olur. Yəni məni həkim kimi iki məsələ narahat edir, dərmanların keyfiyyətinin aşağı olması və qiymətin baha olması. Ola bilər ki, hansısa lisenziyada yaxşı olduğu yazıla bilər, amma biz bunun effektsiz olduğunu görürük. Azərbaycanda müəyyən sahələrdə xeyli inkişaf var. Qanunda belə bir dəyişikliyin  edilməsi də, fikrimcə, bunun davamıdır. Belə bir qərar verilibsə, çox sevindirici haldır. Millət vəkili də həkimlərin sözünü deyən adamdır. Fikrimcə, onun açıqlaması bizim xeyrimizə olacaq, dərmanların keyfiyyətli, qiymətlərin ucuz olmasına gətirib çıxaracaq. Bu isə hamımıza faydalıdır".
Həkim-ekspert, professor Adil Qeybulla isə mövzu ilə bağlı bildirib ki, dərman bazarında vəziyyəti normallaşdırmağın bir neçə yolu var:
"Birincisi, ictimaiyyətə açıq, dövlət farmakopeyasının yaradılması, dərman maddələrinin dövlət reyestrinin tərtib edilməsi, bundan başqa dərman maddələrinin ölkəyə tələbat üzrə idxalının təmin edilməsi nəzərə alınmalıdır. Eyni adda dərman preparatlarının müəyyən limitlə gətirilməsi, yəni eyni adda dərman preparatı 3-5-ə qədər ola bilər. Çox ola bilməz. Bundan əlavə, dərman maddələrinin keyfiyyət parametrlərinə onları gətirən firmaların cavabdehliyi məsələsi önəm daşıyır. Dərman maddələrinin dövriyyəsi prosesinin və utilizasiyası prosesinin həyata keçirilmə mexanizmləri "Dərmanlar haqqında Azərbaycan Respublikası Qanunu"nda göstərilib. Ona görə də bu məsələlərə çox da müdaxilə etmək istəmirəm. Yəni bunlar hamısı qanunda yazılıb, əsas sadaladığım məsələləri, qaydaları həyata keçirmək və onları təmin etmək lazımdır".

Sağlamlıq       Tarix: 17 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər xeber saytlari novruz bayramı cəbhədən son məlumatlar