"Deyə bilmərəm ki, biz bu gün Ermənistanın təhlükəsizliyinə zəmanət veririk" - Paşinyan
"Deyə bilmərəm ki, bu gün biz Ermənistanın təhlükəsizliyinə zəmanət veririk".
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın erməni icması ilə görüşdə deyib.
"Mən deyə bilmərəm ki, biz bu gün, xüsusən də geosiyasi zəlzələlərin, hadisələrin baş verdiyi bir şəraitdə ölkəmizin təhlükəsizliyinə təminat vermişik. Bu şərtlər altında çox təhlükəli bir mühitdəyik. Ancaq digər tərəfdən, bu təhlükəsizlik mühitini idarə etmək baxımından nə etmək lazım olduğuna dair bir fikrimiz var. Sülh gündəmi bizim üçün çox vacibdir. Başa düşürük ki, bu, bizim üçün asan hekayə deyil. çoxlu risklər var, sülh anlayışı təkcə bizdən asılı deyil. Ona görə də, diplomatik prosesin bütün məqsədi və mənası bunu həyata keçirməkdən ibarət olmalıdır", – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri etiraf edib ki, ölkəsi çox çətin və təhlükəli dövr yaşayır.
"Mövcud çətinliklərin öhdəsindən gəlmək üçün bizə maksimum ciddilik və çeviklik lazımdır. Problemlərimiz xarici mühit və təhlükəsizliklə bağlıdır və biz bu narahatlığı ilk növbədə beynəlxalq platformalarda paylaşırıq", deyə baş nazir əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir