Dilan Polat həbsxanada intihara cəhd edib

Dilan Polat həbsxanada intihara cəhd edib7 aydır həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polat həbsxanada intihara cəhd edib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "təşkilat yaratma və idarə etmə" və "çirkli pulların yuyulması" ittihamları üzrə həbs edilən Dilan Polat və əri Engin Polatın ötən gün məhkəməsi baş tutub.
Bildirilir ki, ikili saxlanıldıqları həbsxanadan iclasa gətirilib. Dilan Polat zala daxil olarkən Engin Polatı görəndə ağlayıb.
Məhkəmə müvəqqəti qərarını elan edərək, Polat cütlüyünün həbsinin davam etdirilməsi barədə qərar qəbul edib. Bunu eşidən Dilan əsəbiləşərək qışqırıb və daha sonra polisin nəzarəti altında oranı tərk edib.
Məlumata görə, sonuncu qərardan sonra Dilan Polat həbsxanada "ölmək istəyirəm" deyərək özünə zərər verib. O, xəstəxanaya aparılarkən qollarında və bədəninin müxtəlif nahiyələrində kəsiklər olduğu müəyyənləşib. Müayinədən sonra yenidən həbsxanaya göndərilən Polatın psixoloji müalicə aldığı deyilir. Onun vəkili Hüseyn Kaya məlumatı təsdiqləyib: "Böyük sinir krizi keçirib özünə zərər verdiyi doğrudur. Bunu nə ilə etdiyini bilirəm".
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var. (Qafqazinfo)
Dilan Polat həbsxanada intihara cəhd edibDilan Polat həbsxanada intihara cəhd edib

Hadisə       Tarix: 03 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal ən son xeberler cəbhədən son məlumatlar cəbhədən video