Dilarə Kazımova: "Duet oxumağı heç kəs təklif etməyib, mən də düşünməmişəm" - AÇIQLAMA
Dilarə Kazımova: "Duet oxumağı heç kəs təklif etməyib, mən də düşünməmişəm" - AÇIQLAMA
Müğənni Dilarə Kazımova meyxanaçılarla duet oxumaq istəyi fikrinə münasibət bildirib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı 2014-cü ildə "Start a fire" mahnısı ilə Danimarkada ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi ilə danışıb.
Xatırladaq ki, ötən gün Dilarə Kazımova meyxanaçılar Vüqar Əbdülov, Namiq Qaraçuxurlu və Pərviz Bülbülə duet oxumaq istəyi ilə bağlı açıqlama verib. Gözəl və keyifyyətli duet alınacağını dilə gətirib.
Müğənnin sözlərinə görə, o duet barədə heç vaxt düşünməyib:
"Bu mənim fikrim deyildi. Sual verdilər ki, duet oxuya bilərsən? Mən də təsdiq etdim. Heç bir meyxanaçı ilə danışmamışam. "Dəm olmuşam" da meyxana idi. Onu öz stilimdə oxudum. Heç vaxt inanmırdım ki, meyxananı caz stilində oxumaq mümkün olar".
D.Kazımova bu məsələ ilə bağlı ona təklif gəlmədiyini qeyd edib:
"Təkrar edirəm, heç bir meyxanaçı ilə danışmamışam. Sadəcə suala cavab verdim. Mənim ülubumda olsa, niyə də yox?! Heç kəs təklif etməyib, mən də düşünməmişəm. Keyfiyyətli musiqi olsa, əlbəttə oxuya bilərəm. Niyə də olmasın?!"
Nəzrin Vahid

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi