Dilimiz bizə gerbimiz, himnimiz, bayrağımız qədər önəmlidir

Dilimiz bizə gerbimiz, himnimiz, bayrağımız qədər önəmlidirBizi millət kimi qoruyub saxlayan 
məhz dilimiz, ədəbiyyatımız, tariximiz,
ənənələrimizdir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Ana dili. Bu dil anamız qədər bizə əziz və doğmadır. İlk dəfə dil açanda bu dildə danışırıq – "ana" deyirik. Odur ki, ana  dili ilə ana kəlməsi həyatımıza, demək olar ki, eyni vaxtda daxil olur. 
Bu dil bizə himnimiz, gerbimiz, bayrağımız qədər önəmli, vacib və gərəklidir. Xalqımız tarix boyu zaman-zaman təzyiqlərə, repressiyalara məruz qalmasına baxmayaraq öz müqəddəs dilini qoruyub saxlayıb, əsrlərlə yaşada bilib. 
Azərbaycan dili dünyada 50 milyondan çox insanın ünsiyyət vasitəsidir.
Azərbaycan xalqının milli sərvəti olan azərbaycan dili anaların qəlbindən süzülən şirin layla dilidir, nəsr dili, poeziya dilidir. Azərbaycan dili gözəl, axıcı dildir. Bu dil özlüyündə, sanki ruhları oxşayan şeirdir, nəğmədir. Bu dildə hətta keçmişdə savadı belə olmayan analar, nənələr özlərindən bayatılar uydurmuş, misallar yaratmışlar. 
Ta qədimdən bu dildə müdrik atalar sözləri, əfsanələr yaranmışdır. 
Dahi şairlərimiz bu dildə yazaraq, dilimizi, mədəniyyətimizi dünyada tanıtmışdılar.
1920-ci ildən 60-cı illərədək əhalinin əksəriyyəti azərbaycanlılar olmasına baxmayaraq, Azərbaycanda öz ana dilimiz dövlət dili hesab olunmurdu. Dilimizi inkişaf etdirməyə imkan verilmirdi. Bu barədə danışanlar hətta Sibirə sürgün edilirdi.
Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, Ü.Hacıbəyov, C.Məmmədquluzadə dilimizin saflığını qorumağa çalışmışdılar.  
Şıxəli Qurbanov, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Bəxtiyar Vahabzadə və bu kimi sənətkarlar milli dəyərlərimiz uğrunda mübarizə aparırdılar. Bəxtiyar Vahabzadə Azərbaycan dilinə həsr etdiyi  "Ana dili" şeirində deyirdi:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dilimizə mühasibət demək olar ki, sürətlə dəyişməyə başladı. 1978-ci ildə çox çətinliklə də olsa Azərbaycan dilinə dövlət statusu verildi. Bu Azərbaycanın müstəqilliyinə gedən ilk, uğurlu yol idi. 
Ümummilli Lider Heydər Əliyev: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq üçün qabaqcıl adamların, elm bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Dilimiz günbəgün inkişaf edir, müasirləşir, leksikonumuza yeni sözlər əlavə olunur. Dilimizininkişafı ilə əlaqədar son dövrlərdə bir çox uğurlar əldə edilib. Keçmiş Sovetlər dönəmində Azərbaycanda bütün idarə və müəssisələrdə əsas sənədlər rus dilində yazılırdı. Məhz buna görə də hər yerdə rus dilinə önəm verilirdi. Hətta elmi məqalələr, elmi işlər belə Azərbaycan dilində yazılmırdı.
Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevən, onun tarixi köklərə malik olmasını və bu dildə danışmağı ilə fəxr etdiyini söyləyən Heydər Əliyev  ana dilimizin tədrisini yüksəltmək, onu intensivləşdirmək üçün çalışırdı. Dilimizin qayğısına qalmağı, onun saflığını qorumağı, gözəlliyini duymağı, onunla fəxr etməyi, bu dildə düzgün danışmağı, onu göz bəbəyi kimi qorumağı və onu gözəl təbliğ etməyi tövsiyyə edirdi. 
Ümummilli Lider Heydər Əliyev dilimizin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində çox böyük işlər gördü. Ulu Öndər deyirdi: "Bilirsiniz ki, mən son vaxtlar dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili hakim olmalıdır".
Dahi rəhbər Azərbaycan dilini bütün incəliklərinə qədər mükəmməl bilirdi. Doğma Azərbaycan dilində çox gözəl çıxışlar edirdi. Xalqla görüşəndə el sözlərindən, deyimlərdən istifadə edərək danışırdı. Öz ana dilini bilməyənləri şikəst hesab edirdi Heydər Əliyev. Azərbaycan dilində öz səlist, mükəmməl danışığı ilə hər kəsə örnək olurdu. Hər kəs onun kimi danışmağa cəhd edirdi. Hətta bir dəfə şairlərimizdən biri ilə dahi rəhbərimiz arasında maraqlı bir dialoq olub. Heydər Əliyevə şair deyib ki, siz Azərbaycan dilində çox gözəl danışırsınız, Ulu Öndər isə cavab verib ki, əgər rus dilində gözəl danışırsan desəydin olardı, amma Azərbaycan dili mənim öz dilimdir və mən bu dildə gözəl danışmalıyam.
Ulu Öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. 2012-ci ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlər Proqramı haqqında" sərəncamı Azərbaycan dilinə qayğı ilə bərabər, eyni zamanda bu sahədə elmin inkişafı, dilimizin və dilçilik elminin dünya sivilizasiyasında qabaqcıl sıralarda yer almasının təmini ilə də bağlıdır. Bundan sonrakı sərəncamı ilə də dövlət başçısı  dilimizin, elmimizin inkişafına böyük təkan vermişdir.
Dövlətimizdə dilçilik elminə diqqət və qayğı getdikcə artır. Dilimiz bizim mənəvi dəyərimizdir. Dilimizi inkişaf etdirməli, qorumalı, yaşatmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.
Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz –Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Şəhla Ağbulud, Azərbaycan Yazıçılar Birliyi Abşeron Bölməsinin sədri

Sosial       Tarix: 01 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xeber saytlari cebheden xeber son xeberler bugun 2026 canli